Yeni koronovirus Dr. Jag Singh-i öz xəstəxanasında xəstə çarpayısına salıb. O, rentgendən keçərək ağciyərlərinin pnevmoniyanın cənginə keçdiyini görür və həmkarları onu Massaçusets Mərkəzi Xəstəxanasında reanimasiya şöbəsinə xərəkdə aparırlar.
Həmkarları ona remdesivir adlı dərmanı sınaqdan keçirməyi təklif edəndə “xeyr demək heç ağlımın ucundan da keçmədi”, – ürək mütəxəssisi olan Singh söyləyir. Bu dərman bir sıra digər koronoviruslara qarşı da sınaqdan çıxarılıb və nəticələr ümidverici olub.
“The Associated Press” agentliyi yazır ki, dünyada bir sıra koronovirus xəstələri son həftələr xəstəxanalarda remdesivirin sınaq testlərinə qoşulurlar.
Buna da bax: Almaniyada koronavirusdan ölən niyə azdır – Qərb mediasıAraşdırmalar genişləndirilir
Hətta maraq o qədər böyükdür ki, ABŞ Milli Səhiyyə İnstitutu araşdırmasını genişləndirib. Tədqiqat ilkin olaraq 440 xəstə üzərində aparılırdı, indi əhatəsi genişlənib. Dərmanı hazırlayan, Kaliforniyadakı Gilead Sciences şirkəti də tədqiqatları sürətləndirir.
Dr. Libby Hohmann deyir ki, ehtiyac yaranarsa, bütün ailəsini bu işə cəlb edərdi. COVID-19-a qarşı təsdiqlənmiş dərmanların olmaması “qorxuludur” o deyir.
Bir çoxlarında koronovirus yumşaq simptomlarla üzə çıxır, bəzilərində isə pnevmoniyaya çevrilir. Daha yaşlılar, digər sağlıq problemləri olanlar üçün ölüm riski daha böyükdür.
Buna da bax: Koronavirus xəbərləri: ABŞ, Britaniya, Rusiya, İranRemdesivir venadaxili yeridilir. Onun yoluxucu genetik materialı reproduksiya edən enzimlərə müdaxilə edəcəyi gözlənir.
Bu dərman oxşar koronovirusların səbəb olduğu SARS və MERS kimi xəstəliklərə qarşı heyvanlar üzərində sınaqdan çıxarılıb, infeksiyanın qarşısını alıb, simptomların kəskinliyini azaldıb.
Gilead indiyədək 1700-dən çox xəstəyə remdesivir verib. Şirkət dərmanın təhlükəsizliyi və səmərəsini sübut edən araşdırmaları apararsa, ondan daha çox insan faydalana bilər, direktoruDan O’Day bu yaxınlarda ictimaiyyətə məktubunda yazırdı.