Google öz işçilərinin populyar Zoom videokonfrans proqramından istifadəsini yasaqlayıb. Bu haqda “BuzzFeed News” yazır. Google şirkətinə məxsus Meet tətbiqinə rəqib sayılan Zoom son vaxtlar xeyli populyarlaşıb, koronovirus pandemiyasına görə evdə qalmalı olan insanlar işləməyə, evdən əlaqələr yaratmağa ondan istifadə edirlər.
Ötən həftə Google laptopunda Zoom proqramı olan əməkdaşlarına məktub göndərərək onun “təhlükəsizlik baxımından qüsurları”nı göstərib, xəbərdarlıq edib ki, bu həftədən həmin proqram işçilərin laptoplarında işləməyəcək.
200 milyon gündəlik istifadəçi
“Əməkdaşlarımıza bizim korporativ şəbəkədən kənar təsdiqlənməmiş tətbiqlərdən istifadəyə icazə verməmək çoxdankı siyasətimizdir”, – Google sözçüsü Jose Castaneda “BuzzFeed News”a deyib. Onun sözlərinə görə, bu proqramın korporasiya kompüterlərində istifadəsi dayandırılır, ailəsi və dostları ilə Zoom-la əlaqə saxlayanlar buna veb brauzer, yaxud mobil telefonlarında davam edə bilərlər.
Buna da bax: Bill Gates-dən vaksin çağırışı – Qərb mediasıKaliforniyanın San- Xose şəhərində mənzillənən Zoom 2011-cu ildə yaradəlıb, baş direktoru Eric Yuanı milyarderə çevirib.
Martda gündəlik Zoom istifadəçilərinin sayı 200 milyona qalxıb, dekabrda bu rəqəm 20 milyon idi.
Amma proqramın təhlükəsizlik məsələləri sarıdan narahatlıq var. Ötən ay bir araşdırma üzə çıxarıb ki, iPhone və iPads-də Zoom tətbiqi istifadəçilərin cihazları haqda məlumatları Facebook sosial şəbəkəsinə ötürür, hətta Facebook hesabı olmayanların belə.
Sonradan Zoom-un başqa təhlükəsizlik problemləri də ortaya çıxıb. Google işçilərin bu proqramdan istifadəni qadağan edən ilk şirkət deyil. Bu ayın əvvəlində Elon Musk-ın SpaceX raket şirkəti də “ciddi gizlilik və təhlükəsizlik problemləri”ni əsas gətirərək əməkdaşlarının ondan istifadəsini dayandırıb. Bazar ertəsi isə Nyu York şəhərinin Təhsil Departamenti məktəbləri Zoom-dan çıxaraq Microsoft-un bir xidmətinə qoşulmağa çağırıb.
Buna da bax: Neft hasilatını azaltmağa dəyərmi – Qərb mediasıŞirkət üzr istəyib
“The Financial Times” qəzeti isə yazır ki, ABŞ Senatı üzvlərini Zoom proqramından istifadə etməməyə çağırıb.
Zoom ötən həftə kodlaşdırma texnologiyası haqda çaşdırıcı bəyanatlar verdiyinə görə ictimaiyyətdən üzr istəyib. Şirkət onu da etiraf edib ki, ötən ay trafikdə kəskin artım səbəbindən istifadəçilər haqda məlumatı “səhvən” Çin ərazisindən keçirib.
Bu etiraflardan sonra ABŞ senatorlarından bəziləri Federal Ticarət Komissiyasını şirkətin istehlakçıların qorunması qanunlarını pozub-pozmadığını araşdırmağa çağırıb.
Hətta Tayvan hökuməti belə rəsmi idarələrdə Zoom proqramını qadağan edib.
Zoom bu yaxınlarda bəyan edib ki, bütün iradlar nəzərə alınacaq, təhlükəsizlik probleminin aradan qaldırılmasında yeni funksiyaların hazırlanmasından ötrü fasilə götürəcəklər.