Rusiya mayın 1-də son 24 saat ərzində koronavirusa 7 min 933 yoluxma baş verdiyini bildirib. Bu rekord göstərici ilə ölkə üzrə təsdiqlənmiş yoluxma sayı 114 min 431-ə yüksəlib.
Bir gün öncə 7 min 99 yeni yoluxma qeydə alınmışdı.
Mayın 1-də ölkədə koronovirusdan ölənlərin sayı isə 1169 nəfərə çatıb. Son 24 saat ərzində 96 yeni ölüm halı baş verib.
Tənqidçilər isə pnevmoniya ilə bağlı rəsmi rəqəmləri göstərir, ölkədə COVID-19-dan ölümün daha yüksək ola biləcəyini deyirlər. Pnevmoniyaya çox vaxt koronavirus səbəb olur.
Buna da bax: Rusiyanın baş naziri koronavirusa yoluxubBir gün öncə Baş nazir Mikhail Mishustin Prezident Vladimir Putinə video zəngində deyib ki, koronovirus testi müsbət çıxdığından özünü təcrid edəcək. 54 yaşlı Mishustin yanvarda baş nazir təyin olunub.
Sözçüsü Boris Belyakov aprelin 30-da axşam deyib ki, Mishustin adı açıqlanmayan tibb müəssisəsində həkim müşahidəsi altında saxlanacaq.
Kremlin məlumatına görə, “hökumətin fasiləsiz fəaliyyəti”ni təmin etmək məqsədilə Putin sərəncam imzalayaraq Baş nazirin birinci müavini Andrei Belousov-u müvəqqəti baş nazir təyin edib.
Putin və Rusiyanın digər aparıcı rəsmiləri son həftələr özlərini pandemiyadan qorumaq üçün məsafədən işləyirlər.