Rusiya Prezidenti Vladimir Putin-in iki il öncə təbliğ etdiyi bir sıra layihələrə xərclər azaldıla bilər, çünki koronavirusun yayılması büdcə gəlirlərini tükədir.
Putin-in sözçüsü Dmitry Peskov mayın 3-də deyib ki, ölkədə “Milli Layihələr” kimi tanınan hədəflər hökumətin prioriteti kimi qalacaq və “dəyişikliklər” onların həyata keçirilməsinə təsir göstərməyəcək.
“Aydındır ki, iqtisadiyyatın inkişafı üçün plan hazırlayanda bu milli layihələrlə bağlı tapşırıqlar, büdcə xərcləri nəzərə alınacaq”, – Peskov dövlət televiziyasına deyib.
Buna da bax: Rusiya deputatı Moskvanın humanitar yardımının paxırını açdı5 faizlik azalma gözlənir
Beynəlxalq Valyuta Fondu bu il Rusiyada iqtisadi artımın 5 faiz azalacağını proqnozlaşdırır. Səbəb koronavirusun neftə tələbatı azaltmasıdır. 2009-cu ildən bəri Rusiya iqtisadiyyatında ən böyük azalma gözlənir.
Rusiyanın gəlirlərinin əhəmiyyətli hissəsini neft ixracı təşkil edir. Hətta neftin barrelinin 42 dollar civarında olması federal büdcəyə mənfi təsir göstərir. Rusiyanın Ural brendi isə indi bu qiymətin də yarısına satılır.
Büdcə gəlirləri azaldıqca ölkədə sosial ödənişlər artır, çünki pandemiyaya görə mağazalar, restoranlar, digər şirkətlər bağlandıqca işsizlik də yüksəlir.
Buna da bax: Rusiyada rekord sayda gündəlik yoluxma qeydə alınıbPutin 2018-ci ildə, ikinci müddət altıillik prezidentliyinin başlanğıcında 400 milyard dollarlıq nəhəng Milli Layihələri elan edib. Bu layihələrin məqsədi 2024-cü ilədək həyat standartlarını yüksəltmək, tibbi xidmət, təhsil və infrastruktur kimi 13 əsas sahəyə diqqət ayırmaq idi.
2014-cü ildən bəri neft ucuzlaşdığından və Qərb sanksiyalar qoyduğundan Rusiyada yaşam standartlarında düşüş nəzərə çarpıb. Sanksiyalar Kremlin Ukraynaya təcavüzü, daha sonra ABŞ-da seçkiyə müdaxiləsinə görə tətbiq olunub.
Baş nazir Dmitry Medvedev hökuməti ötən il Milli Layihələri ləng icra etdiyinə görə tənqid olunurdu. Yanvarda Medvedev Mikhail Mishustin-lə əvəzləndi.