Facebook sosial şəbəkəsi Prezident Donald Trump-ın seçki kampaniyasının reklamlarını silib. Reklamdakı bir simvolun nasist siyasi məhbusları ilə bağlı olduğu bildirilir.
Reklamda qara fonda tərsinə çevrilmiş üçbucaq verilib, Facebook istifadəçilərinin Antifa əleyhinə petisiya imzalamağı xahiş olunub. İfrat solçu qrup olan Antifa faşizmə və sağ qanad ideologiyasına qarşı çıxır.
Nasist Almaniyası siyasi məhbusları tərsinə çevrilmiş qırmızı üçbucaqla xarakterizə edirdi.
“Seçki qərargahı tarixi öyrənməlidir”
“Nasistlər konsentrasiya düşərgələrindəki siyasi qurbanlarını müəyyənləşdirmək üçün qırmızı üçbucaqlarından istifadə edirdilər. Siyasi opponentlərinə qarşı bundan istifadə yüksək səviyyədə təhqiramizdir”, – yəhudi insan haqları qrupu olan Antidefamasiya Liqasının rəhbəri Jonathan Greenblatt Twitter-də yazıb.
Buna da bax: Zuckerberg Trump-ı ‘qəzəbləndirmək istəmir’ – Qərb mediasıTrump kampaniyası “seçki qərargahı tarixi öyrənməlidir, gözardı etmək nasistlərə bağlı simvollardan istifadəyə bəhanə vermir”, – o deyib.
Facebook reklamları Trump və Vitse-prezident Mike Pence-yə məxsus səhifələrdə, “Team Trump” səhifəsində yerləşdirilib.
“İfrat solçu qrupların təhlükəli İZDİHAMLARI küçələri başına götürüb, qarışıqlıq yardır. Onlar bizim şəhərləri DAĞIDIRLAR və qiyam qaldırırlar – bu, tamamilə dəlilikdir”, – reklamlarda deyilir.
Trump Antifa-nı yerli terrorçu qrup elan etmək istədiyini deyib. Polis qəddarlığı və irqi bərabərsizliyə qarşı son etirazlara görə də prezident bu qrupu ittiham edib.
Facebook bildirib ki, kampaniya mesajlarında yazılanlar “mütəşəkkil nifrətə” qarşı siyasətin pozulmasıdır.
Trump-ın seçki qərargahının sözçüsü Tim Murtaugh iddia edib ki, tərsinə qırmızı üçbucaq “Antifa-nın istifadə etdiyi simvoldur, Antifa haqda bir reklama da salınıb”. Antifa-nın simvolu bir dairə içində iki bayraqdan ibarətdir.
“Qeyd etmək istərdik ki, Facebook-un da emosiya işarəsi kimi istifadə olunan tərsinə qırmızı üçbucağı var və eynən belə görünür, onda maraqlıdır ki, niyə ancaq bu reklamı hədəfə alırlar. Bu simvol Anti-defamasiya Liqasının nifrət simvolları databazasına da salınmayıb”, – o deyib.