Dünya Səhiyyə Təşkilatının (DST) çoxdan gözlənən missiyası Türkmənistana gedib. Türkmənistan Orta Asiyada yeganə ölkədir ki, rəsmi olaraq koronavirusa yoluxma olmadığını bildirir.
Missiya rəhbəri Catherine Smallwood deyib ki, qrup Türkmənistan rəhbərliyi ilə COVID-19-a hazırlıq və ona reaksiya, ölkə səviyyəsində koordinasiya və nəzarət sistemlərini, epidemiologiya və müşahidəni, laboratoriya xidmətləri üzərində işləyəcək.
Missiya Türkmənistana iyulun 6-da çatıb, 10 gün orada qalacaq.
DST iki aydan çoxdur Türkmənistana missiya göndərməyə, Aşqabadın virusun yoxluğu iddialarını araşdırmağa çalışır. Smallwood-un sözlərinə görə, 6 milyon əhalisi olan bu ölkəyə səfəri pandemiyadan dolayı qoyulan səyahət qadağaları yubadıb.
Türkmənistan rəsmilərə ölkədə koronavirusa yoluxmanın olmadığını desələr də, tibbi personala, adı çəkilməyən rəsmilərə və yerli sakinlərə istinadla yayılan xəbərlərdə COVID-19 simptomları olan çoxsaylı insanın xəstəxanalara yerləşdirildiyi bildirilir.