Fevralın sonundan – Azərbaycanda ilk koronavirusa yoluxma halı aşkarlanandan bəri Azərbaycanda yoluxanların ümumi sayı 25 mini keçib.
Paytaxt Bakıda ötəngecəki kütləvi nümayiş, eləcə də yüzlərlə insanın qatıldığı dəfn mərasimləri bir sual doğurur: Belə toplantılar ölkədə koronavirusla bağlı situasiyaya necə təsir edə bilər?