Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 2 üzvünün saxlandığı bildirilir Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib. Məlumata görə, iyulun 18-də səhər saatlarında AXCP üzvü Ramil Tağıyev yaşadığı evin qarşısında saxlanaraq, Abşeron Rayon Polis İdarəsinə aparılıb. "Abşeron şöbəsinin digər üzvü Vüqar Əbilov isə günorta saatlarında saxlanaraq polisə aparılıb",partiyadan qeyd ediblər. AXCP-dən əlavə məlumat verməyiblər. Bu deyilənlərə də, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. AXCP-nin hazirda 10-a yaxın fəalı uzunmüddətli həbsdədir.Üstəlik, son günlər bundan başqa saxlananlar da var.Partiya üzvlərinin həbsini siyasi təzyiq kimi dəyərləndirir.Amma rəsmilər ölkədə siyasi sifarişlə həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.