İyulun 18-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç üzvü - Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov və sıravi üzvlər Ramid Nağıyevlə İsmayıl Həsənovun saxlandığı deyilir. AXCP-dən AzadlıqRadiosuna verilən məlumata görə, partiya üzvlərinin saxlanma səbəbi və yeri bilinmir.
"Hazırda onların harda saxlanılması və nədə ittiham edilməsi barədə məlumat yoxdur",AXCP-den qeyd edilib.
Bu məlumatı hələ ki, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
AXCP bu gün, iyulun 18-də günün birinci hissəsi başaqa iki cəbhəçinin də saxlandığını açıqlamışdı. Həmin məlumata da, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. AXCP-nin hazirda 10-a yaxın fəalı uzunmüddətli həbsdədir.Üstəlik, son günlər bundan başqa bir çox saxlananlar da var.Partiya ən müxtəlif ittihamlarla üzləşən üzvlərinin həbsini siyasi təzyiq kimi dəyərləndirir.Amma rəsmilər ölkədə siyasi sifarişlə həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.