"Belarusda saxlanılan Rusiya vətəndaşları xüsusi olaraq ölkədəki vəziyyəti gərginləşdirmək üçün göndərilib"- bunu parlamentdə etdiyi illik müraciətində Belarus prezidenti Aleksandr Lukashenko deyib.
Lukaşenkoya görə, tutulan rusiyalılar xüsusi olaraq Belarusa göndərildiklərini etiraf etdilər.
"Onlara gözlə komandası verilibmiş, , İstanbula biletlər, bu əfsanədir" deyə Lukashenko bildirib.
O qeyd edib ki, saxlanılan hərbçilərə yaxşı münasibət göstərilib və "müəyyən nəticə əldə edib".
Buna da bax: Belarus Minskdə rusiyalı muzdlu əsgərlərin saxlandığını bildirir
Lukaşenko, ölkənin cənubuna daha bir dəstənin atılması barədə məlumatların da daxil olduğunu deyib.
"Hələ tətiyi çəkməyiblər, amma Minsk mərkəzində qırğın təşkil etmək cəhdi var."
Belarus prezidenti konkret olaraq heç kimi günahlandırmayıb, lakin vurğulayıb ki : "Bizim öz yurdumuz, öz qanunlarımız var".
Xatırlatma
Buna da bax: Belarusda saxlanmış rusiyalılarla bağlı qalmaqal böyüyür
Bir neçə gün əvvəl rəsmi Minsk Rusiyaya məxsus olan Vaqner özəl hərbi şirkətin 33 muzdlusunu həbs etdiyini açıqlayıb. İddialara görə, həmin muzdlular seçki ərəfəsində təxribat üçün göndəriliblər.
Rusiya rəsmiləri bu insidentə iyulun 30-da reaksiya veriblər. Rusiyanın Belarusdakı səfiri Dmitry Mezentsev bildirib ki, saxlanan rusiyalılar özəl mühafizə şirkətinin əməkdaşlarıdır və onlar Minskə yalnız tranzit məntəqə kimi gəlmişdilər.
Səfirin sözlərinə görə onlar kommersiya kontraktı üzrə öhdəliklərin icra olunması məqsədilə İstanbula getməli idilər.