Avqustun 16-da Belarusda minlərlə insan seçki saxtakarlığına etiraz olaraq "Azadlıq üçün" yürüşünə axışır. Azadlıqradiosunun Belarus xidməti hadisələri canlı yayımlayır.
Aksiyalar təkcə paytaxt Minskdə deyil ölkənin əksər şəhərlərində davam etməkdədir. Brestdə insanlar Lenin meydanına toplaşmağa başlayıblar.
Hələki yollar bağlanmır, əngələr yalnız rayon administrasiyasında müşahidə olur. Polis yollarda deyil, hasarların arxasında dayanıblar. Yoldan keçən insanlar "Tribunal!" deyə şüarlar səsləndirilər. Vitebskdəki Qələbə Meydanına sənətçilər, həkimlər, dəmiryol işçiləri tətilə çıxıblar.
Bobruiskdə, ölkənin tarixi milli rəmzlərindən biri olan nəhəng ağ-qırmızı-ağ bayraq da mərkəzi meydana gətirilib. Grodno'da, Azadlıq Radiosunun Belarus xidmətinə görə, təxminən 10 min adam şəhər mərkəzindəki Sovetskaya meydanından Lenin meydanına yürüş edir.
Yürüş edənlərin qarşısında katolik və pravoslav kahinlər, xüsusi təyinantlılar, paraşütçülər, sərhədçilər, bir çox Grodno müəssisələrinin işçiləri, həkimlər var. Bir həftədir ki, müxalifət tərəfdarları Belarusiyanın bir çox şəhərində kütləvi mitinqlərə gedir. Avqustun 16-da Minskinin mərkəzində Lukaşenko tərəfdarlarının da aksiyası keçirilib. KİV-in yaydığı videogörüntülərə, məlumatlara görə, hökümətyönlü aksiyalara insanlar məcburi, göstərişlə gətirilib.