Navalny-ya qoyulan əsas diaqnoz: maddələr mübadiləsinin pozuntusu, Berlinə aparılır

Navalny, arxiv foto

Mətbuat katibinin və beynəlxalq medianın verdiyi məlumata görə, Alexei Navalny Berlindəki Charite xəstəxanasına aparılacaq və orada hərtərəfli müayinə oluncaq.

Omsk xəstəxanasından verilən məlumata görə, Alexei Navalny -nin Almaniyaya aparılmasına hazırlıqlar gedir və gözlənilir ki, o bu geecə ya da şənbə günün yola salınacaq. Bildirilir ki, guya icazə sənədləri artıq siyasətçinin həyat yoldaşına verilib. Baş həkimin müavini Anatoly Kalinichenko "xəstənin vəziyyəti stabildir", deyib.

RİA Novosti Omsk hava limanına istinadla xəbər verir ki, Alexei Navalny-nin Almaniyaya aparılmasın üçün nəzərdə tutulduğu ehtimal olunan təyyarəninin uçuşu avqustun 22-i səhər satlarına planlaşdırılıb.

***

Alexei Navalny-nın yerləşdirildiyi Omskdakı 1 saylı təcili xəstəxanın baş həkimi Aleksandr Murakhovsky xəstəyə maddələr mübadiləsinin pozuntusu diaqnozunun qoyulduğunu açıqlayıb.

"Bu gün iş diaqnozlarımız var. Əsas meylli olduğumuz karbohidrat balansının pozulması, yəni maddələr mübadiləsinin pozuntusudur" deyə baş həkim bildirib. Onun sözlərinə görə, normadan kənara çıxmalar qanda şəkərin səviyyəsini kəskin aşağı sala bilər.

Buna da bax: Həkimlər Navalny-nin 'həyatını xilas etməyə çalışırlar'- Reaksiyalar

Baş həkim Aleksandr Murakhovsky, 21 avqust 2020

Belə bir pozuntunun hansı səbəbdən baş verməsinə isə aydınlıq gətirilməyib. Belə bir nəticəyə toksik zəhərlənmə də səsəb olar. Navalny-nın tərəfdarları onun zəhərləndiyinə əmindirlər.

Müxalifətçi avqustun 20-də Moskvadan Tomska uçarkən təyyarədə özünü pis hiss edib. Təyyarə Omskda məcburi eniş edib və siyasətçi xəstəxanaya aparılıb. Tərəfdarları onun içdiyi saydan zəhərləndiyini güman edirlər.

Buna da bax: Navalny-nin Almaniyaya göndərilməməsi ‘sırf tibbi qərardır’