Alman polisi, rus siyasətçisi Alexei Navalny-nın yerləşdirildiyi Berlindəki Charite klinikası qarşısında 24 saatlıq təhlükəsizlik növbəsi qurub.
"MBX Media"-nın məlumatına görə, klinikanın yaxınlığında bir neçə polis avtobusu və 10 nəfərlik polis qrupu dayanıb ki, onlar iki-beş nəfərdən ibarət qruplarla perimetr ətrafında nəzarəti həyata keçirirlər. KİV-in yazdığına görə, Navalny Almaniya kansleri Angela Merkelin qonağı kimi Berlinə aparılıb.
Buna da bax: Alexey Navalny gecə xüsusi təyyarə ilə Almaniyaya aparılıb-yenilənir
Navalny-nin ortağı Leonid Volkov mediayaya verdiyi açıqlamasında Navaly-nin Almaniyaya uşuş xərclərinin iş adamı, xeyriyyəçi Boris Zimin və ailəsi tərəfindən ödəndiyini bildirib.
Navalny-nın qohumları və yaxın adamları onun zəhərləndiyini düşünürlər. Beləki o, təyyarə minməzdan əvvəl 0,hava limanında çay içib. Ehtimal olunur ki, onun içdiyə çaya nə isə qatılıb. Omsk həkimləri isə zəhərlənmə versiyasını inkar ediblər.
Omskdakı 1 saylı təcili tibbi yardım xəstəxanasında süni nəfəs aparatına qoşulan Alexei Navalny avqustun 22-də xüsusi təyyarə ilə Omskdan Berlinə gətirilib.
Avqustun 20-də Tomskdan Moskvaya dönən Alexei Navalny-nın səhhəti birdən-birə kəskin pisləşib. Onun olduğu təyyarə Omsk hava limanına təcili eniş edib. O, tez bir zamanda 1 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. O, iki gecə həmin xəstəxanada koma vəziyyətində qalıb. Xəstəxananın baş həkimi ilkin olaraq ona maddələr mübadiləsinin pozuntusu diaqnozu qoyulduğunu açıqlayıb. Əlavə edib ki, belə bir vəziyyət onun qanında şəkərin səviyyəsinin düşməsinə səbəb olub.