Almaniya Navalny-nin zəhərlənməsi hadisəsinə görə Rusiyaya sanksiyaların olacağını istisna etmir.
Müxalifət lideri Aleksey Navalny-nın zəhərlənməsinin arxasında Rusiya dövlətinin dayandığı qənaətinə gəlsə, Almaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.
Bunu cümə günü Almaniyanın Xarici İşlər Naziri Heiko Maas hazırda "Charite" xəstəxanasında müalicə olunan Navalny ilə Çeçen separatçılarının keçmiş səhra komandiri Zelimxan Xangoşvilinin Berlində qətlə yetirilməsi hadisəsi ilə müqayisə edərək deyib.
Berlin qətlin təşkilində Rusiyanın xüsusi xidmət orqanlarından şübhələnir və bu səbəbdən də Rusiya səfirliyinin bir neçə əməkdaşı ölkədən qovulub.
Cümə günü Almaniya kansleri Angela Merkel də Navalny ətrafındakı vəziyyəti şərh edib. Onun sözlərinə görə, "daha çox aydınlıq olduqda" rusiyalı müxalifətçinin zəhərlənməsinə bir dövlətin deyil, "ümumi Avropa reaksiyasını" başlamağa hazır olacaq Amma Merkel bu reaksiyaların nədən ibarət olacağı ilə bağlı detalları açıqlamayıb.
Böyük Britaniya Solsberi şəhərində Sergey və Yulia Skripallara qarşı sui-qəsddən sonra Avropa Birliyi ölkələri ümumilikdə 100-dən çox rus diplomatını ölkədən çıxarıb. O zaman sui-qəsd cəhdində şübhəli bilinənlər Rusiya hərbi kəşfiyyatçılarına qarşı fərdi qaydada sanksiyalar tətbiq edilsə də bu sərt tədbirlər ümumi AB səviyyəsində qalxmayıb.
Maas-la Merkel, Almaniya, AB və Rusiya arasındakı münasibətləri daha geniş bir kontekstdə də şərh ediblər. Almaniyanın xarici işlər naziri deyib ki, əgər Rusiya hakimiyyəti Navalny işini doğru araşdırarsa bu, Moskva ilə münasibətlərin yaxşılaşmasına yol aça bilər.
Maas və Merkel Almaniya hökumətinin Suriya və ya Ukraynadakı münaqişənin həlli kimi qlobal məsələlərdə Rusiya ilə dialoqa sadiq qaldığını vurğulayıblar. Merkel həmçinin Navalny işinin "Şimal axını-2" qaz kəməri ilə əlaqələndirməyin əleyhinə olduğunu bildirib.