Dünən, sentyabrın 25-də Azərbaycan Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin qərarı ilə vəkil Eçin Sadıqovun fərdi qaydada vəkil kimi fəaliyyət göstərməsi dayandırılıb. Onu 14 saylı vəkil bürosuna təyin ediblər. Bu barədə E.Sadıqov özü bildirib.
“Bəri başdan deyirəm ki, qərar əsasızdır və hesab edirəm ki, daha çox mənim siyasi işlərə çıxmağımın qarşısını almağa hesablanmış qərardır”
E.Sadıovun deməsinə görə, 2019-cu ilin sonlarında Gürcüstan vətəndaşı olan bir xanımın Azərbaycanda miqrasiya problemi olub, bunu uğurla həll edib və onun deportasiya edilməsi barədə qərar ləlğv olunub. Üstəlik, vəkilin deməsinə görə, ona bir il Azərbaycanda yaşamaq izni də verilib:
“Bundan bir həftə sonra, yəni bu ilin yanvar ayında həmin qadın Vəkillər Kollegiyasna mənim ondan müqavilədən kənar pul almağımla bağlı əsassız şikayət edib. Bununla bağlı araşdırma başlayıb. Mən də öz tərəfimdən lazım olan bütün sənədləri Vəkillər Kollegiyaysına təqdim etmişəm. Əslində, bu araşdırma qanunverciliyə görə, 6 aydan çox çəkə bilməzdi...”.
E.Sadıqov deyib ki, xanımın iddiasının araşdırılması üçün Bakı şəhəri Yasamal Rayon Prokurorluğuna müraciət edib:
“Bu il iyulun 30-da rayon prokurorluğu mənə bu qadının iddiasının əsassız olması, təsdqini tapmaması barədə sənəd verib”.
Vəkilin deməsinə görə, prokurorluqla yanaşı həmin xanımın iddiasının məhkəmə qaydasında da araşdırılmasına baş vurub:
“Sentyabrın 2-də Səbail Rayon Məhkməsi onun iddiasının əsassız olması barədə qərar verib”
“Bu məni “sürgün”ə gəndərməkdir”
E.Sadqıov vurğulayıb ki, əlində bu sənədlər olmasına baxmayaraq VK Rəyasət Heyəti barəsində fərdi vəkil fəaliyyətini qadağan edən qərar çıxarıb:
“Bu məni faktiki olaraq Nəsimi rayonunda yerləşən 14 saylı vəkil bürosuna sürgünə gəndərməkdir. Hesab edirəm ki, bütün bu araşdırma işi, qadının şikayəti və s hamısı oyundur. Məqsəd də mənim siyasi işlərə çıxmağımın qarşısını almaqdır.Bütün bu oyunlar məhz bunun üçün düzülüb-qoşulub”.
Vəkil bildirib ki, barəsində olan haqsızlıqla barışmaq fikrində deyil, ölkə Prezidentinə müraciət etməyi düşünür. Üstəlik, buna tək etirazını bildirib və başqa, sivil mübarizə üsullarından da istifadə edəcək. Vəkilin açıqlamasına, hələlik, ondan şikayət edən tərəfdən və Vəkillər Kolleyyasının Rəyasət Heyətindən münasibət almaq mümkün olmayıb.