Bazar günü Minskdə Aleksandr Lukaşenkonun əleyhdarları yenidən kütləvi aksiya keçirməkdədir.
"Terrora Qarşı Yürüş" adıandırılan bu dəfəki etiraz aksiyasında minlərlə insanın iştirak etdiyi bildirilir.
Xatırlatma
Minsk və Belarusun müxtəlif şəhərlərində kütləvi etirazlar 9 avqust prezident seçkilərindən sonra başlayıb. Bu seçiklərdən sonra rəsmi Belarus Lukaşenkanu seçkinin qalibi elan edib. Etirazçılar isə hesab edirlər ki, müxalif namizəd Svetlana Tixanovskaya qalib gəlsə də seçkinin nəticələri Lukaşenkanın xeyrinə saxtalaşdırılıb.
Hələ də davam edən etirazlarda indiyə qədər ən azı 4 nəfər həlak olub, 46 nəfər itkin düşmüş hesab edilir. Mitinqlərin dağıdılması zamanı isə minlərlə adamın saxlandığı bildirilir.