Koronavirus vaksini vergidən azad edildi

Sizin brauzer HTML5-i dəstəkləmir

COVID-19 peyvəndini Azərbaycan hansı ölkədən alır?

Bu məsələ bu gün, dekabrın 30-da Milli Məclisin plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, COVID-19 infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalından 2021-ci il yanvarın 1-dən 2 il müddətinə əlavə dəyər vergisi (ƏDV) tutulmayacaq.

Qanun layihəsi səsə qoyularaq III oxunuşda qəbul edilib.

Amma ölkəyə, hələlik, koronavirus əleyhinə vaksin gətirilməyib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda indiyə kimi 216 min 584 nəfərin koronavirus infeksiyasına yoluxmasının aşkarlandığı, onlardan 2 min 575 nəfərin vəfat etdiyi açıqlanıb.