601 yeni yoluxma qeydə alınıb, 19 ölüm

Arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1593 nəfər sağalıb.

Bu məlumatı bu gün, yanvarın 10-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 19 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 224 651 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 208 681 nəfər sağalıb, 2 909 nəfər vəfat edib, aktiv xəstə sayı 13 061 nəfərdir”.

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 8 368, hazırkı dövrədək isə ümumilikdə 2 267 923 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.Üstəlik, xəstəxanaya nisbətən evdə daha çox belə xəstənin olduğu bildirilir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.