Rusiyada aksiyalar-Navalnıya azadlıq istənilir

Etiazçılar saxlanılır, Moskva, 23 yanva 2021

Son məlumatlara görə, ölkə üzrə keçirilən aksiyalarda 1600-dən çox adam saxlanılıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Navalnın həbsi ilə bağlı Rusiyada etirazlar, polislə toqquşma

Peterbuqda polislə aksiya iştirakçılaı arasında toqquşma olub, 60 -dan çox aksiya iştirakçısı saxlanılıb.

Petrozavodskda aksiya

Pskov şəhərində də oxşar mənzərə müşahidə olunmaqdadır. Verilən məlumatlara görə, "Azadlıq!, "Putin-oğru!"şüarları" səsləndirərək mərkəzi prospektlə hərəkət edən etirazçıların qarşısını almaq üçün çevik milis qüvvələri bütün keçidləri bağlayırlar.

Peterburq, 23 yanvar 2021

***

Almaniyadan müalicədən dönəndən sonra Moskavda həbs olunan Rusiya müxalifətçisi Aleksey Navalnının müdafiəsi ilə bağlı Rusiyanın ayrı-ayrı şəhərlərində aksiyalar başlayıb. Yanvarın 23-ü səhər saatlarında başlayan aksiyaların atıq ölkənin 13 iri şəhərini əhatə etdiyi bildirilir. Gələn məlumtlaa göə, bundan başqa Xabarovsk, Cənubi Saxalində, Yakutiyada və daha bir neçə bölgədə də adamlar küçə və meydanlara çıxıblar.

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiya polisi müxalifət fəallarının həbsinə başlayıb

Yerli vaxtla saat 10-a olan məlumata görə, Moskvada 50-yə yaxın adam saxlanılıb ki, onların arasında bir nəfər də yetkinlik yaşına çatmayan var. Saxlananlar arasında jurnalistlər və hadisələri çəkən digər adamların da olduğu xəbər verilir.

Yekaterinburq, 23 yanvar 2021

Yakutiyada -50 dərəcə şaxta olmasına baxmayaraq 300-ə yaxın adamın aksiyaya çıxdığı və həbs edilənlərin olduğu bildirilir.

Polis qabaqlayıcı tədbir kimi müxtəlif bölgələdə Navalnı tərərdarlarını və digər müxalifətçiləri saxlamaqdadır. Bəzi yerlərdə hətta sosial şəbəkələrə müdaxilələr var, adamları aksiyaya çağıranların hesabları bloklanır.