Sizin brauzer HTML5-i dəstəkləmir
Yanvaın 31-də Rusiyanın müxtəlif bölgə və şəhərlərində həbsdə olan Kremlin tənqidçisi Alksey Navalnının hüquqlarının müdafiəsi ilə bağlı aksiyalar başlayıb. Saxlananların statistikasını verən OVD-İnfonun məlumatına görə, hakimiyyətlə razılaşdırılmamış aksya ilə əlaqəli artıq ölkə üzrə 500-dən çox adam saxlanılıb.
"Krasnye Vorota" metro stansiyasının yaxınlığı
Ötən həftə keçirilin ilk aksiyada saxlananlaın sayının 4 mindən çox olduğu bildilmişdi.
Məlumatlara görə, polis Moskva, Peterburq və digər aksiya planlaşdırılan yerlərdə küçə və meydanlara girişi bağlayıb.
Etirazçılar Peterburqdakı "Pioner" meydanında
Navalnı yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdan kimi həbs olunub. O, ötən ilin avqustunda Sibirdə zəhərlənmədən sonra Berlində müalicə olunurdu. Onun Noviçok sinir qazyıla zəhərləndiyi təsdiqlənib. Müxalifətçi zəhərlənməsində birbaşa Prezident Vladimir Putini ittiham edib. Kreml ittihamları rədd edir.