AzadAvropa/AzadlıqRadiosu-nun (RFE/RL) İdarə Heyəti Ceymi Flayı fevralın 16-dan şirkətin prezidenti və icraçı baş direktoru təyin edib. Flay 2019-cu ilin avqustundan 2020-ci ilin iyununadək bu vəzifədə olmuşdu.
“Bu çətin dövrdə AzadAvropa/AzadlıqRadiosu-nun prezidenti vəzifəsinə qayıtmaq məni həyəcanlandırır. Pandemiyanın təzyiqinə, radionun jurnalist bütövlüyü və redaksiya müstəqilliyinə əngəllərə baxmayaraq missiyasına fokuslanmış jurnalistlər və əməkdaşlarla fəxr edirəm... Onlarla yenidən yanaşı işləmək şərəflidir”, – Flay deyib.
Flay ABŞ-ın German Marşal Fondu (GMF) prezidentinin aparıcı müşaviri və aparıcı əməkdaşı kimi çalışırdı. O, daha öncə də GMF-in aparıcı əməkdaşı olub.
Ceymi Flay vaxtilə ABŞ Konqresində, Milli Təhlükəsizlik Şurasında, Müdafiə Departamentində işləyib.