Çin rəsmiləri ilk koronavirus hallarına dair fərdi məlumatları Dünya Səhiyyə Təşkilatına (DST) verməkdən imtina ediblər.
Bu barədə Wall Street Journal pandemiyanın şərtlərini araşdıran DST mütəxəssislərinə istinadən məlumat yayıb.
Mütəxəssislər Çindən Vuhan şəhərindəki 174 hadisənin xammal məlumatlarını istəyiblər. Onların fikirincə, həmin məlumatlar virusun ölkəyə nə vaxt və necə yayılmağa başladığı barədə nəticə çıxarmaqda kömək edə bilər.
Daha əvvəl jurnal DST-nin ilkin araşdırmalarının nəticələrinə istinadla yeni növ koronavirus infeksiyasının rəsmi təsdiqlənməsindən iki ay əvvəl başlaya biləcəyini yazmışdı.
Çin səlahiyyətliləri məlumatların istənilməsi və verilməkdən imtina ilə bağlı məlumatlara hələki münasibət bildirməyiblər.
2019-cu ilin sonunda Çinin Vuhan şəhərində yeni bir koronavirus infeksiyası epidemiyası başlayıb.
Dünyanın bir çox ölkəsi və mütəxəssisləri Çin səlahiyyətlilərini xəstəliyin ilk mərhələdə yayılmasını sürətləndirməkdə, xəstələnmə və ölüm statistikasını az qiymətləndirməkdə günahlandır. Pekin isə bu iddialatı inkar edir.
Rəsmi versiyaya görə, xəstəliyin başlanğıcı Vuhan-da koronavirus daşıyıcısı olan yarasaların satıldığı yerli bazarda başlayıb. Ancaq xəstəliyin laborator mənşəyi ilə bağlı da ehtimallar var və hesab olunur ki, koronavirus Vuhandakı lobaratoriyadan yayılıb. Beləki bu tip virusları öyrənən dünyanın ən böyük mərkəzlərindən biri məhz bu şəhərdədir. Çin səlahiyyətliləri bu versiyanı əsasız sayırlar.
Con Hopkins Universiteti-nin verdiyi məlumata görə, pandemiya dövründə dünyada COVID-19-a yoluxanların ümumi sayı 108 milyona çatdı, ölüm sayı isə 2 milyon 300 mini keçib. Bu məlumatlar ölkələrin milli statistikasına əsaslanır və real statistikadan əhəmiyyətli dərəcədə fərqlənə bilər.