Birləşmiş Ştatlar Paris iqlim sazişinə rəsmən yenidən qoşulub. Bir ay öncə Prezident Co Bayden BMT-yə deyirdi ki, Vaşinqton sazişə qayıtmaq istəyir.
Fevralın 19-da iqlim sazişinə qayıdışı dünya liderləri alqışlayıblar. İndi diqqət Birləşmiş Ştatların qlobal istiləşmənin qarşısını almaqdan ötrü istixana qazlarını necə azaldacağına yönəlir.
Fevralın 19-da virtual sammitdə ABŞ Prezidentinin İqlim üzrə Xüsusi təmsilçisi Con Kerri BMT-nin Baş katibi Antonio Quterres ilə birlikdə Paris Razılaşmasına qoşulmanı qeyd edəcək.
Keçmiş prezident Donald Tramp 2017-ci ildə Vaşinqtonun paktdan çıxdığını elan etdi, onda iştirakın iqtisadi ziyan gətirə biləcəyini dedi. ABŞ-ın sənəddən çıxması rəsmən 2020-ci il noyabrın 4-də qüvvəyə mindi. Ondan bir gün öncə prezident seçkisində isə Bayden Trampa qalib gəldi.
O vaxtdan Birləşmiş Ştatlar atmosferə karbon qazı emissiyalarının azaldılması yönündə işləsə də, federal hökumət bunda iştirak etməyib.