Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
156 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 142 nəfər sağalıb.
Bu məlumatı fevralın 21-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər də vəfat edib:
“Azərbaycanda indiyədək ümumilikdə 233 129 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 227 761 nəfər sağalıb, 3 198 nəfər vəfat edib, aktiv xəstə sayı 2170 nəfərdir”.
Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7 236, hazırkı dövrədək isə ümumilikdə 2 551 116 test aparılıb.
Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.