Baş nazir Nikol Paşinyan Ermənistan prezidentinin fərman layihəsinin etirazlarla qaytarılması barədə qərarının "vəziyyətin heç bir şəkildə həll olunmasına kömək etmədiyini" bildirib.
Facebook səhifəsində Paşinyan ərizəni “vaxtında imzalanacağını” gözləyərək yenidən prezidentə göndərəcəyini bildirib.
“Qalanlar, bu yaxınlarda Respublika meydanında razılığa gəldiyimiz kimidir” deyə Nikol Paşinyan bildirib
***
Ermənistan prezidenti Armen Sakisyan silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə baş nazirdən gələn sənədi imzalamaqdan imtina edib.
AzadlıqRadiosu eməni xidmətinin məlumatına görə, prezident fərman layihəsini öz etirazları ilə baş nazir Nikol Paşinyana geri qaytarıb.
Ermənistan prezidenti verdiyi açıqlamda fərman layihəsinin Konstitusiyaya zidd olduğu qənaətinə gələ biləcəyini söyləyən bir açıqlama verib.
“Bir daha təsdiqləyirik ki, prezident heç bir siyasi qüvvənin tərəfini tutmur. O, yalnız dövlət və milli maraqları rəhbər tutaraq qərarı verib. Mübahisəsiz, silahlı qüvvələr siyasi məsələlərdə bitərəf qalmalıdır" deyə bəyanatda deyilir.
Bəyanatda vuğulanır ki, "mövcud vəziyyət görünməmiş bir haldır, ona görə, sistemli və hərtərəfli həll tələb edir. Bu tez-tez gedən kadr dəyişikliyi ilə həll edilə bilməz" – prezidentin açıqlamasında vurğulanır.
"Prezident bir məqsədi güdür: ölkəni konstitusiya quruluşuna və təhlükəsizliyinə təhdidlərdən qorumaq, silahlı qüvvələrin sabitliyini və normal fəaliyyətini təmin etmək" .
Ölkə qanunvericiliyinə görə, baş nazir qərarını geri götürməzsə və yenidən imzalanması üçün Prezidentə göndərərsə, bu zaman dövlət başçısı məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edə bilər.
Fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyan və hökumətinin istefasını tələb etmişdi. Bunu həbi çvilişə cəhd dən N. Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın istefası barədə qərarı imzalayıb prezidentə göndərmişdi.