İstər xarici kapitallı şirkət sayına, istərsə birbaşa xarici investisiya həcminə görə Azərbaycan Türkiyədən ötrü ən önəmli ölkələrdən biridir. Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin birbaşa xarici investisiyalarla bağlı hesabatından aydın olur ki, Azərbaycan hər iki istiqamət üzrə ilk onluğa daxildir.
2002-2020-ci illərin göstəricilərinə əsasən, bu müddət ərzində Azərbaycan şirkətləri Türkiyəyə 7 milyard 174 milyon dollar həcmində investisiya yatırıb. Bu, həmin illər boyunca Türkiyəyə yatırılan bütün xarici investisiyaların 4.3 faizi deməkdir.
2002-2020-ci illərdə Türkiyəyə ən çox birbaşa xarici investisiya yatıran ölkələr
|
Ölkə |
İnvestisiyanın həcmi (milyon dollar) |
Ümumi investisiyalarda payı |
1 |
Hollandiya |
26 421 |
15.9% |
2 |
ABŞ |
12 902 |
7.7% |
3 |
İngiltərə |
11 708 |
7.0% |
4 |
Avstriya |
10 657 |
6.4% |
5 |
Almaniya |
10 300 |
6.2% |
6 |
Lüksemburq |
10 027 |
6.0% |
7 |
İspaniya |
9 586 |
5.8% |
8 |
Belçika |
8 862 |
5.3% |
9 |
Fransa |
7 594 |
4.6% |
10 |
Azərbaycan |
7 174 |
4.3% |
Xarici kapitallı şirkət sayı ilə bağlı rəqəmlərdə də bənzər göstərici gözə çarpır. Ötən ilin sonuna olan məlumata görə, Türkiyədə toplam 73 min 675 xarici kapitallı şirkət fəaliyyət göstərir. Bunlardan 2 min 554-ü Azərbaycan kapitallı şirkətdir. Həmin göstərici ilə Azərbaycan 89 ölkə arasında yeddincidir.
Türkiyədə fəaliyyət göstərən xarici kapitallı şirkətlərin ölkələr üzrə sayı
|
Ölkə |
Türkiyədə şirkət sayı |
1 |
Suriya |
12 874 |
2 |
Almaniya |
7 640 |
3 |
İran |
6 388 |
4 |
İngiltərə |
3 215 |
5 |
İraq |
3 035 |
6 |
Hollandiya |
3 002 |
7 |
Azərbaycan |
2 554 |
8 |
Rusiya |
2 398 |
9 |
ABŞ |
1 962 |
10 |
Fransa |
1 615 |
Azərbaycanlılar Türkiyədə ən çox mənzil alan əcnəbilər arasındadır
Azərbaycanlılar Türkiyədə daşınmaz əmlak sektorunda da əsas oyunçulardan sayılırlar. Türkiyə statistika qurumunun məlumatlarından aydın olur ki, ötən il əcnəbilərə 40 min 812-ə mənzil satılıb və 1 min 279 mənzili azərbaycanlılar alıb.
2020-ci ildə Türkiyədə ən çox mənzil satın alan xarici ölkə vətəndaşları
Ölkə |
Alınan mənzil sayı |
İran |
7 189 |
İraq |
6 674 |
Rusiya |
3 078 |
Əfqanıstan |
1 929 |
Azərbaycan |
1 279 |
Almaniya |
1 265 |
Küveyt |
1 231 |
Yəmən |
1 181 |
Qazaxıstan |
1 171 |
Ən çox turist göndərən ölkələrdən biri
Ötən il pandemiya ucbatından Türkiyə üçün də elə uğurlu sayılmasa da, 2019-cu il bu ölkənin tarixində turizmdən ən çox gəlir götürülən il kimi yadda qalmışdı (34.5 milyard dollar). Həmin il Azərbaycan turist sayı baxımından da ilk onluğa daxil olmağı bacarmışdı.
2019-cu ildə Türkiyəyə ən çox turist göndərən ölkələr
Ölkə |
Turist sayı |
Rusiya |
7 milyon 17 min 656 |
Almaniya |
5 milyon 27 min 472 |
Bolqarıstan |
2 milyon 713 min 464 |
Böyük Britaniya |
2 milyon 562 min 64 |
İran |
2 milyon 102 min 890 |
Gürcüstan |
1 milyon 995 min 254 |
Ukrayna |
1 milyon 547 min 996 |
İraq |
1 milyon 374 min 896 |
Hollandiya |
1 milyon 117 min 290 |
Azərbaycan |
901 min 723 |
Azərbaycan Dövlət Statistika Komitəsinin rəqəmlərindən də görünür ki, ölkənin ən çox idxal gerçəkləşdirdiyi ilk iki ölkədən biri məhz Türkiyədir. Ötən il Azərbaycanın 10.7 milyard dollarlıq toplam idxalının 1.6 milyardı Türkiyə məhsullarının payına düşüb. Başqa deyimlə, ölkəyə gətirilən məhsullara ödənən hər 100 dolların 15-i Türkiyəyə gedib.