Parlament fövqəladə vəziyyəti sentyabrda, Azərbaycanla 2-ci Qarabağ müharibəsi başlananda tətbiq edib
Ermənistanda deputatlar iyuna təyin olunmuş vaxtından əvvəl parlament seçkisi öncəsi fövqəladə vəziyyətin qaldırılmasına səs veriblər.
Parlament fövqəladə vəziyyəti sentyabrda, Azərbaycanla 2-ci Qarabağ müharibəsi başlananda tətbiq edib.
Sentyabrın 27-də başlanan müharibə noyabrın 10-da Rusiyanın vasitəçilik etdiyi atəşkəs razılaşması ilə başa çatdı. Qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirildi.
Baş nazir Nikol Paşinyan ötən həftə iyunda parlament seçkisi keçirilməsinə razılaşıb. Müharibədən sonra yaranmış siyasi böhranın bu yolla səngiməsi gözlənilir.
Fövqəladə vəziyyətin ləğvinə 132 yerlik parlamentin 118 deputatı səs verib.