SpaceX Starship raketinin son prototipi Texasda sınaq uçuşu zamanı qəzaya uğrayıb.
Bu barədə məlumatı martın 30-da layihənin rəhbəri İlon Mask yarızarafat tərzində Twitter-də verib.
"Eniş startının alışması başlanandan sonra nə isə əhəmiyyətli bir hal verib. Bunun nə olduğunu bugün qırıntıları təhqiq etdikdən sonra biləcəyəm. Ən azı krater düzgün yerdədir!”
Bu da xəbər verilir ki, raketin bayır kamerası startın canlı yayımı zamanı donub və elə bu, nəyinsə düzgün olmadığını göstərib.
Kainat gəmisi uçuş planına uyğun olaraq 10 kilometr yüksəklikdə üfqi manevr edib, lakin nə isə sıradan çıxıb və raket alışma fazasına daxil olub. Gəminin içində canlı heyət yox idi.
Uçuşdan reportaj aparan əməkdaş deyib:
“Donmuş kameradakı görüntüdən bilirsiniz ki… Starship 11 geri qayıtmır. Enişi gözləməyə dəyməz. Belə görünür ki, biz gəmidəki bütün datanı itirmişik”.
Qəzalar silsiləsi
Martın 30-dakı test zamanı Starship gəmisinin üfqi enişinə nəzarət edəcək pərlərdən istifadənin məlumatları toplanmalıydı.
50 metr hündürlüyü olan SpaceX gəmisində müntəzəm missiyalarda istifadə edilən Falcon raketi Starship raketi ilə əvəzlənmişdi.
Mask Starship raketinin bir gün Marsa və Aya yük və insanları daşıya biləcəyinə ümid bəsləyir.
Starship raketinin bu yaxınlarda keçirilmiş bir neçə sınağı uğursuzluğa düçar olub.
Raketin prototipi martın 3-də keçirilən sınaq zamanı yüksək hündürlükdə uçuşdan sonra yerə enə bilsə də, bir neçə dəqiqə sonra partlayıb.
Fevralın 2-də və dekabrın 9-da Starship raketinin buna bənzər sınaq uçuşları da partlayışla sona çatıb.