Almaniya Silahlı Qüvvələrinin idarə etdiyi vaksinasiya mərkəzi sutka boyu işləməyə başlayıb. Fransada isə həftəsonuna düşən Pasxa bayramı günlərində böyük bir stadionda 9 minədək şəxsə peyvənd vurulub. Avropa COVID-19-a qarşı vaksinasiyanı sürətləndirməyə çalışır.
Almaniyanın Müdafiə Nazirliyi Twitter-də yazıb ki, Saarland vilayətindəki Lebax şəhərində Bundeswehr-in (Almaniya Silahlı Qüvvələri) vaksinasiya mərkəzinə 110 əsgər yeləşdirilib, onlar həftəsonu üç növbədə işləyiblər.
Buna da bax: Xristianlar bu dəfə də Pasxanı qadağalarla keçirdi
Fransada rekord ölüm
Bundeswehr Berlində daha bir vaksinasiya mərkəzinə nəzarət edir, Bonnda üçüncü mərkəz isə tikilməkdədir.
Fransada pasxa günlərində minlərlə insan peyvənd vurdurmaq üçün növbəyə durub.
Almaniya və Fransada dekabrın sonunda vaksinasiya xeyli ləng başlamışdı, onda daha çox qocalar evlərinin sakinlərinə peyvənd vurulurdu.
Artıq Fransada COVID-19-dan ölüm dünyada ən yüksək rəqəmlər siyahısındadır – 96 min 280 nəfər. 4.8 milyondan çox yoluxma iləsə Avropada öndə gedir.
Almaniyada koronavirusdan 77 min 13 nəfər vəfat edib, aşkarlanan yoluxma sayı 2.9 milyona yaxınlaşır.
Buna da bax: Sputnik V-ni mutasiyalara qarşı yeniləyə biləcəklər
J&J zavod üçün məsuliyyəti götürür
Birləşmiş Ştatlar hökuməti Johnson & Johnson (J&J) şirkətinin Baltimorda bir zavod üçün məsuliyyət daşıdığını bildirib. Ötən həftə bu zavodda 15 milyon doza COVID-19 vaksini çirklənmə səbəbindən tullanıb.
J&J “Emergent BioSolutions” zavodu üçün “tam məsuliyyəti götürdüyünü” bildirib, mayın sonunacan hökumətə 100 milyon doza çatdırmaq öhdəliyini vurğulayıb.
“Emergent” aprelin 4-də bəyanatında qeyd edib ki, zavodda AstraZeneca vaksininin istehsalının başa çatdırılması üçün bu şirkət və ABŞ hökuməti ilə əməkdaşlıq edəcək.
Bir neçə həftə öncə “Emergent BioSolutions” zavodunun işçiləri J&J və AstraZeneca vaksinlərinin inqredyentlərini qarışdırıb. Bu haqda ABŞ mediası yazıb. O zaman J&J bildirmişdi ki, korlanmış partiya qablaşdırılmamışdan öncə tullanıb.
AstraZeneca vaksini hələ Birləşmiş Ştatlarda təsdiqlənməyib. Şirkət vaksinin istehsalı üçün alternativ məkan tapmaqdan ötrü Co Bayden administrasiyası ilə işlədiyini bildirir.