Avropa Birliyinin icraedici qanadı AstraZeneca şirkətinin ikinci rüb üçün kontrakt imzalanmış COVID-19 vaksinlərini çatdırmasından ötrü hüquqi iddia hazırlayır. Bu haqda “Reuters” iki diplomat və bir məmura istinadla xəbər yayıb.
“Komissiya hüquqi iddia açmaq niyyətini bildirib”, – AB-nin diplomatı söyləyib.
Dünən – aprelin 21-də AB-nin 27 üzvünün elçiləri Brüsseldə toplantı keçirib.
Vaksin istehsalçıları ilə danışıqlar aparan AB rəsmisinin sözlərinə görə, birliyin üzvləri iddiaya qoşulmaqla bağlı özləri qərar verəcəklər. “İddia ikinci rübün sonunadək göndərişlərin həyata keçirilməsi ilə əlaqədardır”, – diplomat söyləyib.
Avropada vaksinasiyanın ləng getməsi tənqid olunub. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bir müddət öncə deyirdi ki, “AstraZeneca birlik üzvləri ilə kontraktın şərtlərinə əməl etməli”, daha sonra vaksin ixrac etməlidir”.
Vaksin təchizatında yubanmalara baxmayaraq, AB yayın sonunadək yetkin yaşlı əhalinin 70 faizinə vaksin vurulacağını bildirir.