İki iranlı Məhəmməd pyğəmbəri təhqir ittihamı ilə edama məhkum edilib.
İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi-nin (HRANA) məlumatına görə, həmin iki nəfər 2020-ci ilin mayında Mərkəz əyalətindəki Arak şəhər həbsxanasına köçürülüb.
Arak məhkəməsi hər iki şəxsi "peyğəmbəri təhqir etməkdə" günahlandırsa da ittihamın nədən qaynaqlandığı aydın deyil.
Məlumata görə, həbs olunanladan biri üç uşaq atası olan Yusef Mehrdad iki ay təkadamlıq kamerada saxlanılıb.
O, İran liderlərini təhqir etmək, milli təhlükəsizliyə qarşı çıxmaq və s. bir sıra digər məsələlərdə ittiham olunur.
Edama məhkum edilən ikinci iranlını Agentlik müəyyən edə bilməyib.
Beynəlxalq Əfv Təşkilatı, bu həftənin əvvəlində yayımlanan ölüm hökmünün illik icmalında İranın ötən il ən azı 246 nəfəri edam etdiyini və dünyada Çindən sonra ikinci olduğunu bildirib.
Londonda yerləşən insan haqları nəzarət təşkilatı, İranda qeydə alınan edamların əvvəlki illərə nisbətən daha aşağı olmağa davam etdiyini, lakin ölkənin “ölüm hökmünü müxaliflərə, etirazçılara və etnik azlıq qruplarının üzvlərinə qarşı siyasi repressiya silahı olaraq getdikcə daha çox istifadə etdiyini" bildirir.