Dekabrın 1-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərin məhkəmə istintaqı başa çatdı. Dekabrın 5-də prokurorlar məhkəmədən təqsirləndirilən şəxslərə, o cümlədən, Hacı Məmmədova cəza istəyəcəklər.
Məhkəmə istintaqının yekunlaşmasıyla bağlı vəsatəti dövlət ittihamçısı Bəşir Cəfərov noyabrın 30-dakı prosesdə vermişdi. Təqsirləndirilən Zakir Nəsirovun vəkili Adil İsmayılov isə vəsatətə etiraz etmişdi. O, bildirmişdi ki, ittihamçılar prosesi tələsik sona çatdırmaq istəyirlər. Cənab İsmayılovun məhkəmə tərkibinə etiraz etməsiylə bağlı vəsatəti isə təmin olunmamışdı.
Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilir.
Təqsirləndirilənlərin məhkəməsi bu ilin iyununda başlamışdı.
Proses hazırda maddi sübutların araşdırılması mərhələsindəydi.