Rusiya prezidenti Vladimir Putin deyib ki, onun Ukraynada “xüsusi əməliyyat” adlandırdığı müharibə “uzun proses” ola bilər.
Bununla yanaşı o Rusiyanın Ukraynada bir sıra əraziləri ilhaq etməsini “əhəmiyyətli nəticə” adlandırıb.
Putin dekabrın 7-də prezident yanında insan haqları şurasının üzvləri qarşısında çıxış edib.
Hazırda bu şurada Kremlin siyasətini tamamilə dəstəkləyənlər çoxluq təşkil edirlər.
Putin görüş zamanı deyib:
“Nə gizlədim, Azov dənizi də Rusiya Federasiyasının daxili dənizi oldu”.
O xatırladıb ki, hələ çar I Pyotr Azov dənizinə çıxış üçün mübarizə aparırdı.
Buna da bax: Rusiya Xəzərdən Ukraynanı vurur. Sahilyanı ölkələr niyə susur“Müharibə” sözünü işlədib
Putin ərazilərin ilhaq edilməsinin xüsusi əməliyyatın məqsədlərindən biri olduğunu birbaşa deməyib.
Dünya ölkələrinin mütləq əksəriyyəti Ukraynanın dörd vilayətinin Rusiya tərəfindən ilhaqını tanımayıb.
Ukrayna isə bu ərazilərin işğaldan azad olunmasını davam etdirir.
Putin müharibədən danışarkən “xüsusi əməliyyat” ifadəsi ilə yanaşı “müharibə” sözünü də işlədib.
Amma o iddia edib ki, müharibəni 2014-cü ildə Ukraynanın hakimiyyəti başlayıb.
Rusiya ilə Qərb arasında qarşıdurma ilə bağlı nüvə müharibəsi təhlükəsi barədə suala cavab verərkən Putin bu təhlükənin artmaqda olduğunu deyib.
Buna da bax: 'Əvvəl münaqişəni dondurmuşdular, indi razılaşmaların dondurulması gedir'Əvvəlcə “dinc”, sonra “bütün vasitələrlə”
Rusiya prezidenti Moskvanın heç bir halda nüvə silahına birinci əl atmayacağına dair qarantiya verməkdən boyun qaçırıb:
“Əgər birinci əl atmasa, deməli ikinci də əl atmayacaq. Çünki bizim ərazimizə nüvə zərbəsinin endirilməsi imkanı məhduddur”.
Putin deyib ki, Rusiya hakimiyyətinin “başına hava gəlməyib” və “nüvə silahını ülgüc kimi ora-bura çəkməyəcək”.
Rusiya prezidenti deyib ki, “milli maraqları” əvvəlcə “dinc”, sonra isə “qalan bütün vasitələrlə” müdafiə edəcək.
Putin qeyd edib ki, səfərbərliyin “ikinci dalğasına” bugün ehtiyac yoxdur.
Onun sözlərinə görə, səfərbərliyə alınmış 300 min nəfərin hazırda 150 mini “xüsusi əməliyat” zonasındadır. Amma bilavasitə cəbhə xəttində olanlar “bu yarının yarısıdır”.
Buna da bax: Blinken: Putin diplomatiyada maraqlı deyil“Plan” nədən ibarətdir?
Rusiya prezidenti beynəlxalq təşkilatları, o cümlədən Avropa Şurasını və BMT-ni kəskin tənqid edib.
Onun firkincə Ukraynada müharibə başlanandan bəri Qərb Rusiyaya münasibətdə “həyasız qərəz” nümayiş etdirir.
Putinin sözlərinə görə Qərb insan haqlarından “başqa ölkələrin daxili işlərinə” qarışmaq üçün istifadə edir.
Buna da bax: ABŞ kəşfiyyatı Ukraynada hərbi əməliyyatların zəifləyəcəyini proqnozlaşdırırPutin bundan əvvəl “xüsusi əməliyyatın plan üzrə getdiyini” deyib.
O bu tezisi hətta Rusiya qoşunları geri çəkiləndə də təkrar edib.
Bununla yanaşı o “bu planın” nədən ibarət olduğunu, “xüsusi əməliyyatın” nə vaxt başa çatacağını açıqlamayıb.
Putinin insan haqları şurasının üzvləri ilə görüşündən əvvəl bu qurumun müharibə əleyhinə açıq çıxış edən bir sıra üzvləri tədbir iştirakçılarının siyahısından çıxarılıb.
Xəbər verilirdi ki, bu şəxslərin Putinə arzuolunmaz suallar verəcəyindən ehtiyat ediblər.