Nərmin KAMAL
Əgər sən ucqar bir kənd məktəbinin 10-ci sinfində əlaçısansa, səni paytaxtın keyfiyyətli bir məktəbinə köçürəndə qiymətlərin enir.
Kənd məktəbində əlaçı olan hər bir şagird bu mənada özünü kənddəki sinif yoldaşlarının və müəllimlərinin verdiyi qiymətlərlə ölçüb yatmamalıdır.
Avropanın bir sıra ölkələrində yaşayan yazarlarımız var.
Məsələn, Finlandiyada Güntay Gəncalp var, Norveçdə bir neçə güneyli şair yaşayır, yaxud Ankarada Xaqani Has yaşayır.
Güntay bəy Azərbaycan internetində, ədəbi mühitində yaxşı tanınır, çox yazır, məhsuldardır, Azərbaycanda nəşr etdirir kitablarını, məqalələrini.
Xaqaninin şeir kitabları çıxır azərbaycanca, tam tiraj Bakıya göndərilir, Bakıda satılır.
Və s. Bütün bu həmyerlilərimizin Azərbaycanda, azərbaycanca yayımlanan məqalələrini, romanlarını, şeir kitablarını görəndə həmişə üzülürəm.
Çünki onların bu məqalə, roman və şeir kitablarının orada (yaxud həm də orada) – yaşadıqları ölkələrdə yayımlanmasını istəyirəm.
Azərbaycanlı yaradıcılar o ölkələrin sənət mühitlərinə inteqrasiya olunmalıdırlar. Amma onlar orada da burada yaşayıb yaradırmışlar kimi yazırlar.
Polşada bir qız yaşayır. Varşavadakı bir tədbirdə mənə yaxınlaşdı, söhbət etdik, məlum oldu ki, həyat yoldaşı polyakdır, qız özü Varşavada təhsil alaraq orada qalıb, şeir və dram əsərləri yazır, amma onları nəşr olunmaq üçün Azərbaycan Yazıçılar Birliyinin jurnallarına göndərir, Bakıda çap olunmaq üçün nəşriyyat axtarır, gözü geriyə baxır…
Halbuki, Güntayın həftədə bir dəfə Finlandiya mətbuatında, finland ədəbiyyat saytlarında çıxan məqalələrini, digərlərinin Türkiyədə, İngiltərədə türkcə, ingiliscə çıxan, rezonanslar doğuran şeir kitablarını duymaq nə gözəl olardı!
Niyə inteqrasiya olunmağa çalışmırlar o yaradıcılıq mühitlərinə?
Mənim buna verəcək cavabım yoxdur. Bəs sizin?
adyazar.az