Liviyada müxalifətin silahlı qüvvələri artıq ölkənin bütün əsas neft terminallarına nəzarəti ələ aldıqlarını bildirirlər. Onlar bildirirlər ki, Liviyanın şərqində bütün sahil şəhərləri – Ras-Lanuf, Brega, Uqayla və Bin Jawad onların əlindədir. Bir qədər əvvəl isə onlar Ajdabiya şəhərini götürüblər.
Martın 28-də müxalifət Liviya lideri Muammar Qaddafinin doğma şəhəri olan Sirti də aldıqlarını bildiriblər. Bu məlumatı hələlik digər mənbələr təsdiqləməyib.
Bundan əvvəl isə Sirt koalisiya qüvvələrinin hava zərbələrinə məruz qalmışdı.
Bazar günü axşam isə paytaxt Tripolidə də partlayış səsləri eşidilib. Liviya hökuməti Muammar Qaddafinin paytaxtda olduğunu bildirib.
Bu gündən Liviyada bütün hərbi əməliyyatlara komandalığı NATO üzərinə götürür. Bir həftəyə yaxındır BMT-nin qərarı ilə Liviyada dinc sakinlərin Qaddafi rejiminin hücumlarından qorunması üçün beynəlxalq koalisiya qüvvələri bu ölkədə hərbi əməliyyat aparır. İndiyə qədər əməliyyatlara ABŞ komandanlıq edirdi.
Hökumət hava zərbələri nəticəsində mülki şəxslər arasında yeni qurbanların olması haqqında da xəbərlər yayıb. Amma bu məlumat hələlik müstəqil mənbələrdən təsdiqlənməyib.
ABŞ-ın Müdafiə naziri Robert Gates artıq Qaddafiyə tabe olan hərbi qüvvələrin ölkənin qərbinə tərəf geri çəkildiklərini deyir:
- Biz onların ölkənin qərbinə doğru geri çəkildiklərini müşahidə edirik. Bəlkə BMT-nin hansısa yeni qərarlar verə bilər. Amma prezident Obama bizim bu ölkədə hərbi addımlarımıza dair konkret məhdudiyyətlər tətbiq edib.
ABŞ prezidenti Barak Obama da Bakı vaxtilə fevralın 29-u gecə yarısı ölkəsinin Liviya böhranı ilə bağlı gələcək addımlarını elan edəcək.
Martın 28-də müxalifət Liviya lideri Muammar Qaddafinin doğma şəhəri olan Sirti də aldıqlarını bildiriblər. Bu məlumatı hələlik digər mənbələr təsdiqləməyib.
Bundan əvvəl isə Sirt koalisiya qüvvələrinin hava zərbələrinə məruz qalmışdı.
Bazar günü axşam isə paytaxt Tripolidə də partlayış səsləri eşidilib. Liviya hökuməti Muammar Qaddafinin paytaxtda olduğunu bildirib.
NƏZƏR YETİR