Martın 28-də Sumqayıt şəhər Məhkəməsində hakim Təhminə Təhməzovanın sədrliyi ilə həbsdə olan AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlının şikayətinə baxılıb. Bu barədə AzadlıqRadiosuna onun vəkili Anar Qasımov məlumat verib.
Cabbar Savalanlı ekspertlərin dindirilməsi, təkrar ekspertizanın təşkili və alternativ ekspertizanın keçirilməsi ilə bağlı vəsatət qaldırmışdı.Birinci vəsatət təmin olunsa da, digərləri təmin olunmamışdı. İki vəsatətin təmin edilməməsindən verilən şikayətə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.
Vəkilin sözlərinə görə, Respublika Narkoloji Dispanserin keçirdiyi narkoloji ekspertizanın açıqladığı ekspertiza rəyi ziddiyyətlidir. Rəydə Cabbar Savalanlının narkomaniyadan asılılığı olmadığı bildirilsə də, onun narkotiklərdən istifadə etməsinin istisna olmadığı göstərilib. Vəkilin deməsinə görə, ekspertlər rəydə yazıblar ki, Cabbar Savalanlının narkotik vasitələr qəbul etməsi istisna olunmur. Nəyə görə istisna olunmur, hansı əlamətlərə görə bu nəticəyə gəliblər, bunu rəydə əsaslandırmayıblar.
Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik maddə saxlama ittihamı ilə həbs olunub. Haqqında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb. Onu 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Sumqayıt şəhər Məhkəməsi onun haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçib.
İttihamın saxta olduğunu bildirən müdafiə tərəfi Cabbar Savalanlın həbsini onun siyasi fəaliyyəti ilə bağlayır.