B i r a t a -- Cәnabi müdiri-mәktәb! Sәn mәnim oğluma farsi, әrәbi, türki, nә bilim nә, nә deyirsәn! Baba, oğul mәnim deyilmi? Mәnim oğluma onlar lazım deyil. Mәnim oğluma lazım olan odur ki, bu gün urusu görәndә onunla "işto-mişto" elәyә bilsin. Allah atana rәhmәt elәsin, mәnim oğlumu urusuca öyrәt.
O b i r i a t a -- Cәnabi molla! Sәn mәnim oğlumu kafir elәmәk istәyirsәn, amma mәn razı olmayacağam. Oğlum gәrәk müsәlmanlığında baqi qalsın. Tәvәqqә eliyirәm, bundan sonra mәnim oğluma bulud nәdir, ildırm nәdir, ulduz belә gәldi, filan ... bu cürә sözlәri demәyәsәn. Mәnim oğluma şәriәt öyrәt, şәriәt. Çünki istәyirәm sonra oğlumu tәhsilә göndәrәm.
Ü ç ü n c ü -- Cәnabi müdәrris! Hәrçәndi ola bilsin ki, sәn mәndәn çox oxuyubsan, amma mәn özüm dә az oxumamışam. Bu saat "Tarixi-Nadir"i su kimi içәrәm. "Gülüstan"ı sәnin üçün göz yummadan oxuyaram. Firdövsidәn yüz beyt әzbәr bilirәm. Ona binaәn heç insaf deyil ki, bәr danayani romuzi agahi vә dәqiqә şünasani hekmәthayi ilahi.... Ondan sonra:
Rüstәm, yәli bud dәr Sistan.
Mәnәş kәrdәm Rüstәme-dastan.
Vә bir dә:
Bәnde haman beh ke, ze tәqsire xiş.
Ozr bәdәr gahe xoda avәrәd.
kimi dil bilәn bir atanın oğluna bu cür sözlәri öyrәdәsәn, mәsәlәn, "Qasım atdan düşdü. Yanan yerdәn tüstü çıxar. Atam dörd pud saman aldı....", hәqiqәt, insafdan kәnar işdir. Sәn mәnim oğluma farsi öyrәt, farsi.
D ö r d ü n c ü -- Cәnabi molla, çox tәvәqqә elәyirәm ki, mәnim oğluma urusucanı öyrәtmә. Qoy müsәlmanca oxusun. Urusca oxymasına böyük anası evdә razı olmur.
B e ş i n c i -- Ağa molla, sәn ki, mәnim oğluma bәzi vaxt hesab-kitab öyrәdirsәn, mәsәlәn, bir tacir 600 put qәnd alıb, putunu 8 manatdan satdı; nә bilim, 89 dәfә 100 neçә olar! Sәn gәl o hesabları de, ancaq oğlumun әvәzindәn onları mәnim özüm axşamlar sәnin üçün çotkәdә hesablayıb, sәhәr uşaqdan göndәrәrәm, yoxsa, oğlum uşaqdır, indidәn ona o cürә hesab-kitab öyrәtsәn, axırda uşaq xarab olub, dәlәduz çıxar. Uşaq nәdir, o cür hesab-kitab işinә qarışdı nәdir? Onunku odur ki, dәrs oxusun, dәrs.
Müdir -- ???!!.... (B ә r k b i r a h ç ә k d i).