Günlәrin bir günü Purişkeviç ilә Hacı Xudu yatmışdılar. Purişkeviç Peterburqda yatmışdı. Hacı Xudu da öz evindә yatmışdı. Bunlar bir-birlәrini yuxuda gördülәr. Hacı Xudu ayıq olduğu zaman Purişkeviç barәsindә çox eşitmişdi ki, bu hәrif müsәlmanların ziddinә gedәndir. Müsәlman xeyirxahı deyildir. Hәtta bir jurnalda onun şәklini dә hacıya göstәrmişdilәr. Amma hacı yuxusunda Purişkeviçә baxıb gördü ki, hәrif çox da çirkin deyildir. Gözündә çeşmәk, әyinindә yaxşı libası, bir göyçәk adamdır.
Hacı Purişkeviçә dedi:
-- Sәn bir göyçәk adamsan, amma sәnin şәklini, nәdәnsә, çox pis çәkiblәr.
Purişkeviç Hacıya cavab verdi:
--Ke, ey nikbәxt, an nә şeklә mәn әst,
Vәlakin qәlәm dәf kәfe doşmәn әst.
Sonra Hacı yenә soruşdu:
-- Bir dә deyirlәr ki, sәn vә sәnin kimi adamlar biz müsәlmanlara zidsiniz. Müsәlmanların bәdxahısınız.
Purişkeviç cavab verdi.
-- Mәn dә bilmirәm, doğru deyirlәr, yoxsa yalan. İstәrsәn mәn dә bir-iki kәlmә danışım, gör yalan deyirlәr, yoxsa haqq danışırlar.
Hacı razı oldu vә Purkşkeviç başladı danışmağa.
P u r i ş k e v i ç -- Mәn istәmirәm ki, müsәlmanlarda qәzet olsun.
H a c ı -- Onu biz dә istәmirik. Qәzet bizim şәriәtimizdә haramdır.
P u r i ş k e v i ç -- Mәn istәmirәm ki, müsәlmanlarda teatr olsun.
H a c ı -- Biz özümüz dә onu istәmirik. Teatr şәriәtimizdә haramdır.
P u r i ş k e v i ç -- M әn istәmirәm ki, müsәlmanlarda musiqi çalmaq, şer yazmaq vә şәkil çәkmәk işlәri tәrәqqi etsin.
H a c ı -- O cür şeylәri biz özümüz dә istәmirik. Onlar hamısı şәriәtdә haramdır.
P u r i ş k e v i ç -- Mәn istәmirәm ki, müsәlmanlar nemes dili, firәng dili, hesab, coğrafiya, hikmәt, fәlsәfә, kimya, tarixi-tәbiәt, tarixi-bәşәr, hәndәsә, müsәllәsat vә bu cür şeylәri bilsinlәr.
H a c ı -- Bu cür şeylәrin hamısı küfrdür. Biz özümüz, dә onları istәmirik.
P u r i ş k e v i ç -- Mәn istәmirәm ki, müsәlmanlarda üsuli-cәdid mәktәblәri olsun.
H a c ı-- Allah üsuli-cәdid çıxardanlara lәnәt elәsin! O cür mәktәblәr hamısı bicxana yığıncağıdır.
P u r i ş k e v i ç -- Mәn istәrdim ki, müsәlman mәktәblәrinin hamısı ruhani mәktәblәri olsun.
H a c ı -- Әlbәttә, әlbәttә.... Biz dә onu istәyirik.
P u r i ş k e v i ç -- Amma bu şәrtlә ki, o mәktәblәrdә şәriәtdәn başqa özgә elmlәr oxunmasın.
H a c ı -- Allah atana rәhmәt elәsin! Bәs biz dediyimiz nәdir?
P u r i ş k e v i ç -- Bәs belә!
H a c ı -- Doğrudan deyirsәn, yoxsa zarafat elәyirsәn?
P u r i ş k e v i ç -- Xeyr, doğrudan deyirәm.
H a c ı (ş a d v ә x ü r r ә m) -- Әlini mәnә (ü r ә y i n d ә: zәrәr yoxdur sonra әlmi suya çәkәrәm) (a ş k a r a) hәr kәs sәnә pis deyir, onun özü pisdir. Bu canım üçün, hәrçәnd sәn urussan, amma bir çox müsәlmanlardan daha müsәlmansan! Tәki müsәlmanların sәnin kimi bәdxahları çox ola!
P u r i ş k e v i ç -- Arxayın ol, mәnim kimilәr çox-çoxdur! Amma tәki müsәlmanların çoxu sәnin kimi ola.
H a c ı -- Arxayın ol, mәnim kimilәr çox-çoxdur!
P u r i ş k e v i ç -- bәs yerdә qalanlar?
H a c ı -- Yerdә qalanların hamısı babılardır.
P u r i ş k e v i ç -- Bizim dә yerdә qalanların hamısı cuhuddur.
Bundan sonra ikisi dә yuxudan ayıldılar. İndi bir adam lazımdır ki, bunların ikisinin dә yuxusunu yoza....