Şuşa şәhәrindәn idarәmizә bir mәktub gәlibdir. Bu mәktub Şuşa şәhәrindә olan çox köhnә şkolaların birisindә türk dili vә şәriәt dәrslәrinin son dәrәcәyә çatmış tәrәqqisindәn bәhs edir.... Yaxşısı budur ki, mәktubun mәzmunundan hasil olan şәkli burada tәsvir edәk ki, oxucular ancaq tamaşa etsinlәr.
Türk dili müәllimi (klasa daxil olur):--Hә, nә var, nә yox? Bәs bu uşaqların yarısı haradadır?
Ş a g i r d Mirzә, onlar Bazarbaşına çıxıbdılar, vacib işlәri var.
M ü ә l l i m: Çox yaxşı, Hәsәn, get bala, dükandan mәnә bir papiros al.
B i r ş a g i r d: -- Amma, yolda papirosdan oğurlama, ha!
M ü ә l l i m: -- Bәsdir, a gәdә, xalqın üstünә böhtan atma. Allah tәala o dünyada sәnә cәza verәr. Hә, indi gәlin dәrs oxuyaq. Keçәn sәfәrki dәrsi bilmirdiniz, yәqin ki, bu gün dә bilmirsiniz?
B i r ş a g i r d: -- Mirzә, davadan nә xәbәr var? Deyirlәr ki, Qarabağdan tәzә atlı yığılır. Bәs bu dava haçan qurtaracaqdır?
M ü ә l l i m: -- Rәhmәtlik oğlu, mәn nә bilim. Rusca savadım yoxdur ki, qәzet oxuyam. Onu siz yaxşı bilәrsiniz, yenә işto-mişto bilirsiniz.
Y e n ә b i r ş a g i r d: -- Mirzә, yenә söhbәt salmayın, dәrsimiz qalır, sonra ekzamendә heç-zad bilmirik.
M ü ә l l i m: -- Әşi, bu dәlәduzlar qoyurlar dәrs oxuyaq?!
A y r ı ş a g i r d: -- A, ekzamendә türk dilinә vә şәriәtә baxan kimdir? Rusca ekzameni yaxşı verdin, keçәcәksәn, vermәdin, lap müsәlmanca molla olsan da, qalacaqsan.
Ö z g ә ş a g i r d: -- Hünәri var mirzә ekzamindә mәnә pis atmetka qoysun.
A y r ı ş a g i r d: -- Nә edәrsәn?
H a m a n k ı: -- Mirzә özü bilir nә edәrәm.
M ü ә l l i m: -- Әdә, sәfeh-sәfeh danışmayın, açın kitablarınızı, dәrs oxuyaq.
Ş a g i r d: -- Mirzә, nahaq yerә zәhmәt çәkmә, bu saat izvanok vurulacaqdır.
B i r ş a g i r d: (segah üstә)
Şәbәst şahidi şәmi şәrabi-şirini
Qәnimәt әst ki, bәsi ruyi-dustan bini.
Ş a g i r d l ә r: -- Mәrhәba, mәrhәba, әhsәn!
M ü ә l l i m: -- A gәdә, yavaş zümzümә elә, yoxsa sәsini o biri klasda eşidәrlәr.
Bu әsnada qapı açılıb, o biri klasdan bir nәfәr ermәni şagirdi girir vә deyir ki:
-- Ter-ter tәvәqqә edir ki, sәs-küy elәmәyәsiniz. Yoxsa meşat elәyib qoymursunuz ki, ermәni dilinin qrammatikasını oxuyaq.
B i r ş a g i r d:-- Doğru deyir dә. Özümüz oxumuruqsa da, barı özgәlәrә meşat elәmәyәk.
M ü ә l l i m: -- Әdә, min kәrә deyirәm ki, açın kitabları.
Bu halda zvonok vurulub, "dәrs" qurtarır....
Bәs haman köhnә şkolada türk vә şәriat dәrslәri bu "qayda" üzrә oxunur. Odur ki, oradan çıxmış uşaqlar türkcә yazılmış bir asan kitabı oxumaq istәdikdә, o qәdәr hıqqanır ki, eşidәnlәr deyirlәr:
-- Ustadına bәrәkallah!