Harvard Kennedi İdarəçilik Məktəbinin 14 nəfər müəllim və professoru həbsdə olan və bu məktəbin məzunu Bəxtiyar Hacıyevlə bağlı İlham Əliyevə müraciət ediblər.
Müraciətdə deyilir:
«Biz onun həbsi və onunla edilən rəftar barədə aldığımız son məlumatlardan sarsılmışıq və onun yaxşı olması barədə çox narahatıq. Biz Azərbaycandakı cavabdeh şəxslərdən onu işgəncə, hər cür fiziki və mənəvi təzyiqlərdən qorumalarını tələb edirik.
Biz həm də cənab Hacıyev üçün hüquqa uyğun proses və açıq məhkəmə aparılmasını tələb edirik. Biz həmçinin, polis məntəqəsində ona edilmiş işgəncə və təzyiqlər barədə istintaq başlanılmasını və məhkəməyə qədər onu azadlığa buraxmağa çağırırıq».
Müraciəti Harvard professor heyəti adından Harvard Kennedi İdarəçilik Məktəbinin icraçı direktoru Con Hay imzalayıb.