Mirzə Ələkbər Sabir. Sual-cavab














- Görmə! -- Baş üstə, yumaram gözlərim.

- Dinmə! -- Mütiəm, kəsərəm sözlərim.

- Bir söz eşitmə! -- Qulağım bağlaram.

- Gülmə! -- Pəkey, şamu səhər ağlaram.

- Qanma! --Bacarmam! Məni məzur tut,

Boyləcə təklifı-məhalı unut!

Qabili-imkanmı olur qanmamaq?

Məcməri-nar içrə olub yanmamaq?

Eylə xəmuş atəşi-suzanını,

Qıl məni asudə, həm öz canını.