«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid və bəyanata imza atmış Rövşən Hacıbəyli ilə Mehman Əliyev son vaxtlar jurnalistlərə qarşı olan təzyiqlərdən danışırlar. «RUH» Jurnalistlərin Müdafiə Komitəsinin sədri Əvəz Rüstəmov bu bəyanata mövqe bildirir.
Rövşən Hacıbəyli:
«Prezidentə müraciətin məqsədi təzyiqə məruz qalmış jurnalistlərin müdafiəsidir. Çünki SON GÜNLƏR JURNALİSTLƏRƏ HÜCUMLAR İNTENSİV ŞƏKİL ALIB. O cümlədən «Azadlıq» qəzetinin iki əməkdaşına qarşı təzyiq olub. Seymur Həzi və Ramin Dekoya qarşı təzyiqləri nəzərdə tuturam. Biz başqa yol görmədik. Çünki bu ölkədə vətəndaşların qarantı məhz prezidentdir. Baxmayaraq ki, bundan əvvəllər də jurnalistlər müxtəlif təzyiqlərə məruz qalıblar, indiyə qədər dövlət qurumları bununla bağlı heç bir tədbir görməyib. Amma buna baxmayaraq, biz prezidentə müraciət etməkdən başqa yol da görmədik...».
Qənimət Zahid:
«Son günlər iki hadisə baş verib. İki nəfər bir-birinin ardınca döyülüb. ÜÇÜNCÜ HADİSƏNİ DƏ GÖZLƏYİRƏM. Sonra dördüncü də ola bilər, beşinci də və daha artıq hadisələr də ola bilər. İstənilən müraciətə qoşuluram. Amma çox ciddi tərəddüdlərim var ki, bu müraciətlərin bir faydası olacaqmı? Jurnalistlər Seymur Həzi və Ramin Dekoya qarşı baş vermiş cinayət hadisəsi qabaqcadan planlaşdırılmış və düşünülmüş kriminal əməliyyatdır...».
Mehman Əliyev:
«Hər birimiz birinci növbədə vətəndaşıq. Bir vətəndaş kimi bizim hamımızın borcumuz var. Birinci növbədə vətəndaş olaraq öz hüquqlarımızı konstitusiya, qanun çərçivəsində müdafiə etməliyik. Təkcə öz maraqlarımızı yox, dövlətin maraqlarını, xalqın maraqlarını. Birinci növbədə vətəndaşıq, sonra jurnalist. PREZİDENT BİRİNCİ NÖVBƏDƏ VƏTƏNDAŞDIR, SONRA PREZİDENT. Ölkədə qeyri normal vəziyyət varsa, bir vətəndaş kimi mən bunu bildirməliyəm. Bizim jurnalistikaya baxanda, bunlar bəyəm jurnalistdirlər? Bunlar belə baxanda, kiminsə dabanlarını yalayan adamlardır. Mən çox təəssüf edirəm ki, Azərbaycanda bu jurnalist təbəqəsinin bir üzvüyəm. Mən çox utanıram ondan...».
Əvəz Rüstəmov:
«Ümumiyyətlə, JURNALİSTLƏRİN HÜQUQLARININ QORUNMASINI İSTƏYƏN, BUNA CƏHD GÖSTƏRƏN HƏR AKSİYA DƏSTƏKLƏNMƏLİDİR. Buna mənim qoşulub-qoşulmamağım o qədər də önəmli deyil. Çünki bu sənədin mövcudluğundan mən mətbuatdan xəbər tutmuşam. «RUH» özü hər iki faktla bağlı Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb. Hadisəni kimin törətməsindən asılı olmayaraq biz belə qənaətdəyik ki, bunu törədənlər tapılıb, cəzalandırılmalıdır. Mövqeyimiz belədir ki, heç bir jurnalist heç bir halda təzyiqlə üzləşməməlidir...».