Aprelin 16-da İranın Urmiya şəhərində İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
«Görüş ikitərəfli münasibətlərə öz töhfəsini verərsə, ölkələr arasında sülh və dialoqa şərait yaradarsa, biz buna şad olarıq», - deyə adının çəkilməsini istəməyən türkiyəli rəsmi «Hürriyyət» qəzetinə bildirib.
Qəzet yazır ki, Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu görüşdə «WikiLeaks» qalmaqalından sonra İranla Azərbaycan arasında münasibətləri yumşaltmağa çalışacaq.
«WikiLeaks»in yaydığı diplomatik yazışmalardan birində prezident İlham Əliyevlə ABŞ Dövlət katibinin müavini Uilyam Berns arasında müzakirələr yer alıb. «WikiLeaks»ə görə, həmin müzakirədə İ.Əliyev İranın Azərbaycana təhdidlərinin davam etməsindən şikayətlənib. Hətta üstəlik, Azərbaycan prezidenti İrana qarşı ABŞ sanksiyalarını dəstəklədiyini də bildirib.
«Hürriyyət» qəzeti Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatlara istinadən qeyd edir ki, aprelin 16-na nəzərdə tutulan görüşdə regionda gedən proseslər və iqtisadi əməkdaşlıq layihələri diqqətdə olacaq. Onlardan biri də 3 istiqamətli gömrük məntəqəsinin yaradılmasıdır.
İran, Azərbaycan və Türkiyə xarici işlər nazirləri sonuncu dəfə 2010-cu ilin dekabrında İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İstanbul zirvə toplantısı çərçivəsində görüşüb. Belə bir görüşün Azərbaycanda da keçirilməsi planlaşdırılır. Azərbaycanın Türkiyədəki səfirliyindən bildiriblər ki, hələlik o görüşün dəqiq tarixi müəyyənləşməyib.