«Bazovı Element» Holdinqinin sahibi Oleq Deripaska Rusiya milyarderlərinin reytinqində liderliyi ələ keçirib. Ötən üç il ərzində bu siyahıya Çukotkanın qubernatoru Roman Abramoviç başçılıq edirdi.
Bu haqda bazar ertəsi növbəti reytinqi dərc etdirən Rusiyanın «Finans» jurnalında deyilir. 2007-ci ilin reytinqində kifayət qədər ciddi dəyişikliklər var.
Reytinq iştirakçılarının hamısının kapitalının ümumi miqdarı 425.1 milyard dolar təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə çoxdur.
Dollar milyarderlərinin ilk onluğunun hamısında ciddi dəyişiklik müşahidə olunur. «Deripaskanın birinci yerdə olması gözlənilməz görünür, amma «Bazovı Element» Holdinqinin aktivləri və inkişaf strategiyasına nəzər salan kimi dərhal aydın olur ki, onun liderlik mövqeyi şəksizdir», - deyə jurnal bildirir. Dərginin məlumatına əsasən, Roman Abramoviç (yeri gəlmişkən, o, uzun müddət «Russki Alyuminiy» üzrə Deripaskanın tərəfdaşı olub) 21 milyard dollarlıq var-dövlətlə reytinqdə ikinci yerə enib.
İLK ONLUQ |
|
|
Oleq Deripaska | «Bazovı Element» adlı biznes imperiyasının sahibi | 21.2 milyard dollar |
Roman Abramoviç | Çukotkanın qubernatoru, «Chelsea» futbol klubunun sahibi | 21 milyard |
Mixail Proxorov | «Norilski Nikel», Rosbank, «Polyus Zoloto», «Otkrıtıye İnvestitsii», «Prof-Media»nın ortağı | 14.2 milyard |
Vladimir Potanin | Mixail Proxorovun tərəfdaşı, yanvarın sonlarında onlar biznesi bölüşdürmək barədə qərar qəbul ediblər | 14.2 milyard |
Vladimir Lisin | Novolipetsk Metallurq Kombinatının Direktorlar Şurasının sədri və ən iri səhmdarı | 13.9 milyard |
Mixail Fridman | «Alfa Qrup»un əsas səhmdarı, İctimai Palatanın üzvü | 13.850 milyard |
Vahid Ələkbərov | «Lukoil»un prezidenti və səhmdarı, həmçinin «Uralsib» maliyyə korporasiyası və «Kapital» maliyyə qrupunun vərəsə paketinə sahibdir | 12.3 milyard |
Süleyman Kərimov | «Qazprom», Əmanət Bankı, «Polimetal»ın səhmlər paketinə sahib olan «Nafta-Moskva» şirkətinin prezidenti | 12.1 milyard |
Aleksey Mordaşov | «Severstal»ın ən böyük səhmdarı, «Severstaltrans»ın səhmlər paketinə sahibdir | 11.250 milyard |
Viktor Vekselberq | «Renova» qrupunun əsas səhmdarı | 11.2 milyard |
Rusiyada dollar milyarderlərinin sayı bir il ərzində 50-dən 61-ə qalxıb. Artımı əsasən, istehlak sektorunda (pərakəndə satış, maliyyə) çalışan sahibkarlar təmin ediblər.
Biznesi sıfırdan quran «self-made» sahibkarların («self-made» - «öz özünü yaradan» deməkdir) sayı 3-dən 10 nəfər yüksəlib:
20 ƏN VARLI «SELF-MADE» SAHİBKAR:
Adı | Sahə | Varidatının dəyəri |
Rüstəm Tariko | Maliyyə | 4.3 milyard |
Aleksey Anayev | Maliyyə, media, informasiya texnologiyaları, daşınmaz əmlak | 3.6 milyard |
Dmitri Ananyev | Maliyyə, media, informasiya texnologiyaları, daşınmaz əmlak | 3.6 milyard |
Andrey Roqaçev | Pərakəndə satış | 1.76 milyard |
Serqey Qalitski | Pərakəndə satış | 1.520 milyard |
Aleksandr Qirda | Pərakəndə satış | 1.48 milyard |
Danil Xaçaturov | Maliyyə | 1.3 milyard |
İqor Yakovlev | Pərakəndə satış | 1.2 milyard |
Vadim Moşkoviç | Kənd təsərrüfatı, daşınmaz əmlak | 1.2 milyard |
İqor Kesayev | Nümayəndəlik fəaliyyəti, neft və qaz | 1.050 milyard |
Ruben Vardanyan | Maliyyə | 960 milyon |
Aleksandr Zanadvorov | Pərakəndə satış | 900 milyon |
Qriqori Berezkin | Energetika | 900 milyon |
Vladimir Qruzdev | Pərakəndə satış | 800 milyon |
Serqey Kirilenko | Maliyyə, daşınmaz əmlak | 800 milyon |
Qavriil Yuşvayev | Qida sənayesi, daşınmaz əmlak | 700 milyon |
Qeorqi Trefilov | Pərakəndə satış, daşınmaz əmlak | 680 milyon |
Aleksandr Svetakov | Maliyyə, daşınmaz əmlak | 650 milyon |
Serqey Polonski | Daşınmaz əmlak | 650 milyon |
Aleksandr Senatorov | Daşınmaz əmlak | 630 milyon |