İraqda 155 minə yaxın koalisiya qoşunu var

İraqdakı ən kiçik xarici qoşun kontingenti Qazaxıstana məxsusdur

ABŞ-ın başçılığı ilə İraqa müdaxilədən 4 il sonra bu ölkədə 155 000 yaxın koalisiya qoşunu qalmaqdadır. Onlardan 141 000 Birləşmiş Ştatlarındır. Bu ilin yanvarında Prezident Buş İraqa əlavə 24 000 əsgər göndərəcəyini elan edib. Hazırda İraqdakı koalisiya qüvvələrinə 21 ölkə daxildir. Böyük Britaniyanın İraqa 7.100 nəfərlik hərbi qüvvəsi var.


Azərbaycanın İraqa 150, Ermənistanın 46, Gürcüstanın 859 əsgəri var. İlin sonunadək Gürcüstan İraqdakı əsgərlərinin sayını 2000 çatdırmağı planlaşdırır. Ən kiçik kontingent Qazaxıstanındır-cəmi 29 hərbçi.