Martın 20-də Xarici İşlər naziri Elmar Məmmədyarovun Vaşinqtona səfəri başlayır. Səfər ABŞ-ın Dövlət Katibi Kondoliza Rayzın dəvəti ilə həyata keçirilir. Martın 22-də Azərbaycan xarici siyasət idarəsinin başçısı Kondoliza Rayz və ABŞ-ın digər rəsmi şəxsləri ilə görüşəcək.
Danışıqlarda ikitərəfli münasibətlər, enerji layihələri və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaranmış vəziyyətin müzakirə olunacağı gözlənilir. Rəsmi görüşlərlə yanaşı Elmar Məmmədyarovun Vaşinqtonda bir sıra qeyri rəsmi görüşləri də planlaşdırılıb.
Elmar Məmmədyarov habelə Vaşinqtondakı Con Hopkins Universiteti nəzdindəki Orta Asiya və Qafqaz İnstitutunda çıxışı gözlənilir. Yerli ekspertlərin və alimlərin də qatılacağı müzakirə «Azərbaycanın regional və beynəlxalq rolu» mövzusunda olacaq.