«Biz Ermənistanla əməkdaşlığa hazırıq»

Məmmədyarov deyib ki, Azərbaycanın demokratik irəliləyişin olması üçün Qarabağ münaqişəsinin həlli vacibdir

«Ermənistanla ərazi münaqişəsinin nizamlanması Azərbaycanın xarici siyasətinin əsas prioritetidir»-bu barədə Xarici İşlər naziri Elmar Məmmədyarov martın 21-də Vaşinqtondakı beynəlxalq məsələlər üzrə Con Hopkins Universitetindəki seminarda çıxışı zamanı bildirib. «Asoşeyted Press» agentliyinin məlumatına görə, nazir deyib ki, hər iki ölkə keçmişdəki problemləri arxada qoymalıdırlar. Onun sözlərinə görə, Azərbaycanın demokratik inkişafı naminə Dağlıq Qarabağ münaqişənin həllində irəliləyişin olması çox mühümdür.


«Vaxt yetişib. Biz addım atmalıyıq. Biz Ermənistanla əməkdaşlığa hazırıq». Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov həmçinin bildirib ki, İranın nüvə proqramı ilə bağlı mübahisə diplomatik yollarla həll olunmalıdır.


Vaşinqtonda səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov martın 22-də Birləşmiş Ştatların dövlət katibi Kandoliza Rayza görüşəcək. Görüş zamanı ikitərəfli münasibətlər, enerji layihələri və Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi gözlənilir.