«Gürcüstan heç bir ölkəyə «narıncı inqilab» ixrac etmir»

Zurab Noqaydeli «Azadlıq» radiosunun Praqa ofisində çıxış edib

«Gürcüstan heç bir ölkəyə «narıncı inqilab» ixrac etmir, o cümlədən, Azərbaycana». Gürcüstanın Baş naziri Zurab Noqaydeli «Azadlıq» radiosunun Praqa ofisində çıxış edərkən belə deyib. Cənab Noqaydeli «Gürcüstan enerji dəstəyinin əvəzində Azərbaycana demokratiya verə bilərmi» sualına cavabında deyib ki, «narıncı inqilab» Gürcüstana heç bir ölkədən gətirilmədiyi kimi, Azərbaycanın da hansı istiqamətdə inkişafı xalqın işidi».


O, Azərbaycanla sərhəd mübahisələrinə də toxunub. Zurab Noqaydelinin sözlərinə görə, indi ekspertlər delimitasiya və demarkasiya məsələlərini müzakirə edirlər. Mübahisəli ərazidə qalan David Qareci kilsəsinə gəlincə, Noqaydeli deyib ki, buna sərhəd məsələsindən ayrı baxılmalıdı. Onun fikrincə, bu, gürcü abidəsidi və onun qayğısına hər iki ölkə qalmalıdı.