O, bildirir ki, Azərbaycanda hüquqları pozulanda işçilər heç vaxt birləşə bilmirlər: «Sirr deyil ki, həmkarlar təşkilatları da formal xarakter daşıyır».
Sahib Məmmədov onu da deyir ki, Azərbaycanda işçilər öz hüquqlarını xaotik şəkildə qoruyurlar.
İlk dəfə 1889-cu ildə Parisdə II İnternasionalın konqresində 1 mayın dünya zəhmətkeşlərinin həmrəyliyi günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Qərar 1886-cı il mayın 4-də ABŞ-ın Çikaqo şəhərində 8 saatlıq iş günü tələbilə etiraz aksiyası keçirən və buna görə gülləbaran edilmiş fəhlələrin xatirəsinə həsr olunmuşdu.
İlk dəfə 1 may 1890-cı ildə ABŞ-da və Avropanın bir sıra ölkəsində, bir il sonra isə Rusiyada qeyd olunub. Sovet vaxtında Azərbaycanda da böyük təntənə ilə qeyd edilən bu günü indi yalnız solçu təşkilatların fəalları yada salır.