İçərişəhər ərazisində yeni binaların tikintisinin dayandırılması və tarixi-mədəni obyektin kompleksli idarə olunmasına ehtiyac var. Bunu YUNESKO-nun baş direktoru Koortiro Maçuura Bakıda bəyan edib.
«Təəssüf ki, Bakının tarixi hissəsində problemlər var. Mən orada olmuşam və buları görmüşəm. Tarixi abidələrin yaxınlığında yeni binaların inşası böyük təhlükə yaradır. Bu tarixi ərazi YUNESKO-nun hazırladığı təhlükə altında olan mədəni irslər siyahısındadır. Ümid edirəm ki, yaxın zamanlarda İçərişəhərin adı həmin siyahıdan çıxarılacaq».
Cənab Maçuura deyib ki, modernləşdirmə heç də tarixi dəyərləri məhv etməklə həyata keçirilməməlidir. O, bildirib ki, YUNESKO İçərişəhərin qorunması üçün tövsiyələr hazırlayır.
İçərişəhər təhlükə altında olan mədəni irs obyekti kimi 2007-ci ildə YUNESKO-nun siyahısına salınıb.